Azərbaycanlı məşhur İsveçdə HƏBS EDİLDİ  - FOTO
12 fevral 2022 10:36 (UTC +04:00)

Azərbaycanlı məşhur İsveçdə HƏBS EDİLDİ - FOTO

İsveçdə yaşayan, əslən Azərbaycandan olan məşhur tatu ustası Natiq Səttarov zorlamada ittihamı olunur. 

Lent.az-ın məlumatına görə, N.Səttarov artıq həbs olunub. Hadisə ötən ilin noyabrın 6-da Stokholmun mərkəzində yerləşən “Oxid bar” restoranında baş verib.

Jozef adı ilə də tanınan Səttarov, əvvəllər tanımadığı qadını ayaqyolunda zorlayıb. Məlumata görə, onun təcavüzünü restoranın digər qonaqlarının tualetin qapısını döyməsi dayandırıb.

Keçirilən tibbi müayinə zamanı qadında zorlamanın izləri aşkar edilib. Səttarov ittihamı rədd etsə də, Stokholm məhkəməsi fevralın 3-də onu 8 ay müddətinə azadlıqdan məhrum edib. 

Qeyd edək ki, Natiq Səttarov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni avtomobil idarə etmək və saxta sənədlərdən istifadə etməkdə təqsirli bilinib. 

Xatırladaq ki, illər öncə Natiq Səttarovun mərhum meyxanaçı Ağasəlim Çıldağın nikahdankənar oğlu olması ilə bağlı iddialar yayılmışdı. Lakin meyxanaçının qardaşı bu iddianı təkzib etmişdi. Məlumata görə, Natiq Səttarov 2006-cı ildə İsveçdə siyasi sığınacaq alıb. Televiziya ulduzu kimi də tanınan Natiqin instaqramda 250 mindən çox izləyicisi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3075
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Məşhur müğənni Parisdə şalvarsız  gəzdi

Məşhur müğənni Parisdə şalvarsız gəzdi

8 iyul 2024 , 16:55
Bülent Ersoy idmançının belinə mindi

Bülent Ersoy idmançının belinə mindi

8 iyul 2024 , 13:16
Bred Pitt ilk dəfə sevgilisi ilə  ictimaiyyət qarşısına çıxdı

Bred Pitt ilk dəfə sevgilisi ilə ictimaiyyət qarşısına çıxdı

8 iyul 2024 , 12:11
Ərini İsraildə qoyub bu ölkəyə köçür

Ərini İsraildə qoyub bu ölkəyə köçür

8 iyul 2024 , 09:48
Boşanma prosesi  başladı

Boşanma prosesi başladı

7 iyul 2024 , 15:21
Madonna  naməlum gənc   ilə elə  FOTOLARINI   yaydı ki...

Madonna naməlum gənc ilə elə FOTOLARINI yaydı ki...

7 iyul 2024 , 12:53
Tanınmış bloqer plastik əməliyyatdan  sonra öldü

Tanınmış bloqer plastik əməliyyatdan sonra öldü

6 iyul 2024 , 16:28
Yerli "Leonardo DiCaprio" bu dəfə palçıq vannası ilə  gündəmə gəldi

Yerli "Leonardo DiCaprio" bu dəfə palçıq vannası ilə gündəmə gəldi

6 iyul 2024 , 14:23