“Aygünün ölüsünü reklam eləmək lazım deyil”.
Lent.az xəbər verir ki, bu sözləri açıqlamasında sənətçinin bacısı Zümrüd Hümbətova deyib.
O bildirib ki, mikrofonsuz gələn hamıya qapımız açıqdır:
“Aygün heç vaxt özünü şou-biznesə aid etməyib. Mən hazırda onun vəsiyyətini yerinə yetirirəm. Hörmət edin qərarımıza”.
Qeyd edək ki, hazırda ailə və yaxınları Aygün Bəylərin cənazəsinin ölkəyə gəlməsini gözləyir.