Aygün Kazımova pişiyi asanlara OD PÜSKÜRDÜ:  "Bu, canilikdir" - FOTO
09 yanvar 2023 15:07 (UTC +04:00)

Aygün Kazımova pişiyi asanlara OD PÜSKÜRDÜ: "Bu, canilikdir" - FOTO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. 

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında bir neçə gündür sosial şəbəkələrdə yayılan, naməlum şəxs(lər) tərəfindən asılan pişiyin görüntülərinə reaksiya verib.

Müğənni paylaşımında bu əməli törədənləri tənqid edib və onların cəzalandırılmasını tələb edib:

"Bu fotonu izləyicilərim instaqramda mənə göndərib. Görəndə nə deyəcəyimi bilmədim. Baxmağa belə insanın ürəyi gəlmir. Bunu edənlər hansı ürəyə sahibdirlər? Bu cür vəhşilik olarmı? Bir heyvandan insan nə istəyə bilər axı? O da bir canlıdır. Özü də dili, ağzı olmayan bir canlı. Bu cür hal ilk deyil. Bundan əvvəl də dəfələrlə heyvanlara işgəncə verilən görüntülər yayıldı. Bu, canilikdir. Heyvana işgəncə vermək olmaz. İnanıram ki, lazımi qurumlar bu məsələni araşdırıb səbəbkarları cəzalandıracaqlar. Gəlin, mərhəmətimizi itirməyək".

# 2514
avatar

Nigar Namiq

Oxşar yazılar