Əməkdar artist Aybəniz Haşımova və qızı
03 iyul 2021 09:09 (UTC +04:00)

Əməkdar artist Aybəniz Haşımova və qızı

Aybənizin qızı : "İçimdə sevirəm, çalışıram ki, anlasın"

Əməkdar artist Aybəniz Haşımova "Günün sədası" verilişində qonaq olub.

Lent.az-ın məlumatına görə, veriliş zamanı ifaçı barədə blogger qızı Aynişan danışıb:

"Mənim bitməyən bir sevgim var. Onun adı Aybəniz Haşımovadır. Anadan olandan dərk edirəm ki, Aybəniz Haşımovanın qızıyam. Çünki anam insanların ürəyində fəqrli hörmət, sevgi qazanıb. Bəzən anam valideyn olduğuna görə nəyəsə əsəbləşir. Amma çox vaxt mən çalışıram ki, anam məni anlasın. Çünki biz bir-birimizi anlamasaq, kim anlayacaq bizi?

Anam daha çox sevgisini göstərən insandır. Mən onun qədər göstərən deyiləm. Gözəl sözlər qura bilmirəm. İçimdə sevirəm. Hansısa vəziyyətdə görə bilər ki, sevirəm. Amma anam elə deyil. Mən hər şeyə rahat baxıram. Nə baş verirsə deyirəm ki, olacağa çarə yoxdur. Əsəbləşib nəyəsə reaksiya vermək düz deyil. Nə olursa, xeyirimizə olur. Anam bu dünyada nə qədər yaşayacaqsa, canı sağlam huzur içində olsun. Nə olursa həyatda olacağı kimi dəyərləndirsin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4671
avatar

Yalçın UĞUR

Oxşar yazılar