Türkiyəli müğənni Alişan yaddaşını itirdiyini bildirib.
Lent.az-ın xəbərinə görə, müğənni uzun müddətdir unutqanlıqdan əziyyət çəkdiyini bildirib.
“Ən yaxın dostlarımın adını unudurdum, corabı ayağıma geyindikdən sonra yarım saat corab axtarırdım, proqrama çıxırdım, deyəcəyim sözlər ağlıma gəlmirdi. Ciddi narahatlıq yaşayırdım. Beynimi yoxlatdırdım. Psixiatrım dedi ki, qardaşımı itirdikdən sonra o faciəni, acını doğru-dürüst yaşaya bilmədiyim üçün bu hala qalmışam. Basdırılmış duyğularımız özünü bədənimizdə fərqli xəstəliklər şəklində üzə vurur”,- deyə o bildirib.
Qeyd edək ki, Alişanın böyük qardaşı 2021-ci ildə vəfat edib.