Arabanın altında qaldı, 15 milyon albomu satıldı - ONU TANI
17 oktyabr 2022 20:15 (UTC +04:00)

Arabanın altında qaldı, 15 milyon albomu satıldı - ONU TANI

Anası ona hamilə olarkən yol qəzasına düşür. Həkimlər qadının həyatı təhlükədən qurtulmaq üçün uşağın götürülməsini təklif edirlər. Həkimlərin səyi nəticəsində dünyaya gəlir.

Uşaqlığı ailəsiylə Almaniyada keçib. Bir gün böyük qardaşıyla at arabasının arxasınca qaçarmış. Qəfildən arabanın altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya aparılıb. Yenə həkimlər onu qurtarıblar.

Bir dəfə isə Fransada ağır qəza keçirib. Belində və sinəsində qəzanın izləri hələ də qalır. Həmin il konsertə gedərkən qəzaya düşür və möcüzə nəticəsində sağ qalır.

Liseydə sırğa taxdığı və saçlarını uzatdığı üçün təzyiq görüb; saçları kəsilib, dənizə atılıb. Onun gənclik illəri ağır keçib.
Təsəvvür edin, atası onu tez-tez döydüyü üçün qardaşı ilə evdən qaçırmış. Yenidən evə qayıdan qardaşlar ataları tərəfindən mütəmadi olaraq şiddət görürmüş.

Amma bir gün atalarının ağır xəstəliyi səbəbindən tarixi vətənlərinə dönürlər. Və az keçmir ki, bütün dünya ondan danışmağa başlayır. 
Lent.az “Onu tanı”da bu gün 50 yaşı tamam olan Tarkandan danışacaq.

Tarkan Tevetoğlu 17 oktyabr 1972-ci ildə Almaniyanın Frankfurt şəhərinin yaxınlığında yerləşən Alzey qəsəbəsində dünyaya gəlib.

O, altı uşaqlı ailənin beşinci övladıdır. Tarkanın Hakan və Handan adında iki doğma qardaşı və ba cısı, Gülay adında Antalyada, Nuray və Adnan adlı Almaniyada yaşayan iki ögey bacısı və qardaşı var.


Ailə əslən Rizəlidir. O, 15 yaşına qədər təhsilini Almaniyada alıb. Daha sonra ailənin Türkiyəyə köçməsi səbəbindən təhsilini orada davam etdirib. Tarkan 13 yaşından Klassik Türk Musiqi təhsili almağa başlayıb. Təhsilini “Karamürsəl Liseyin”də davam etdirən ifaçı 1990-cı ildə oranı bitirib.
1994-cü ilin Mayında Sezen Aksunun yardımı ilə “Acayipsin” albomunu çıxarır. Bu albomla ilə Türkiyə və Avropada 24 konsert verir. Sənətçinin karyerasındakı ən böyük dönüş yaradan albom 2,5 milyona yaxın satılır. Avropada da satış 950 min rəqəminə çatır.


O, Sezen Aksuya ona göstərdiyi köməyə görə, “Kraliçam” deyə müraciət edir.  
1995-ci ildə Tarkan Nyu-Yorka gedir. İfaçı Nyu-Yorkda albom işləri ilə bərabər, həm də “Nyu-York Baruch Universiteti”ndə dil təhsili alıb. O, dövrün ən məşhur menecerlərindən olan Ahmet Sanla müqavilə imzaladıqdan sonra İsveçrə, Hollandiya, İngiltərə və Almaniyada konsertlər verir.
1998-ci ildə “Walt Disney”in 35-ci uzun metrajlı cizgi filminə “Herkül”ün baş rolunu türkcə və filmin “Yolumdayım” adlı musiqilərindən birini səsləndirib.
Bu albomda yer alan “Şımarık” adlı mahnı tez bir zamanda onu dünyada tanıdır. Bu mahnı daha sonra xarici müğənnilər tərəfindən başqa-başqa dillərdə səsləndirilir. Bir gün Nyu-Yorkdan Türkiyəyə qayıdaraq hərbi xidmətə yollanıb. Onun əsgərliyi cəmi 28 gün olub.
O, 2001-ci ildə “Kuzu-kuzu” adlı mahnısı ilə yenidən gündəmi fəth edir. 2003-cü ildə ”Dudu” adlı yeni albomun işlərini bitirir. Məşhur müğənni Nazan Öncəl ilə işlədiyi bu albom təkcə Rusiyada 1 milyon satılır, “ən yaxşı xarici müğənni” mükafatına layiq görülür. 


Musiqiyə qısa müddət ara verdikdən sonra 2007-ci ildə “Metamorfoz” adlı 6-cı albomunu çıxarır. Türk Dil Qurumu Tarkanın “Metamorfoz” adlı albomunda işlətdiyi atalar sözləri və məsəllərə görə, ona təşəkkür edib. Albom mənfi qarşılansa da, iki ayda 500 min satılır.

 


2016-cı ildə Tarkan “Əhdə vəfa” adlı növbəti albomunu çıxarır ki, bu albomun da satışı  15 milyonu keçir.

Bir maraqlı fakt,  Tarkanın albomları Rusiyada Şakira kimi məşhurların albomlarından daha çox satılıb.
“Pandemiya, dünyada baş verən kədərli hadisələr, insanlığın narahatedici gedişatı, təbiətin məhv edilməsi kimi hadisələr mənə pis təsir etmişdi. Ümidimi itirmiş kimi olmuşdum. Həmin anlarda bu mahnının musiqisi və sözləri daxilən məndə yarandı.
Özümə dedim ki, keçəcək, keçəcək, bu da keçəcək. Hamımıza yaxşı təsir edəcək mahnı yazmaq qərarına gəldim. Bu mahnı, bəlkə, bir az təsəlli, bir az ümid olar deyə düşündüm”. Bu sözləri təlatüm yaradan  “Geççek” mahnısıyla bağlı deyib. Sözləri və musiqisi Tarkanın özünə məxsusdur. Həmin vaxt “Geççek”lə bağlı 150 mindən çox tvit yazılıb. Klipə bir neçə saat ərzində 7,5 milyon dəfə baxılır.

2011-ci ildə müğənninin Almaniya konserti zamanı Pınar adlı qız pop-ulduzun qrim otağına daxil ola bilib.

Həmin zaman onların arasında nəyin baş verdiyi hələ də sirr olaraq qalsa da, o gündən cütlük görüşməyə başlayıb. 5 il sonra isə Tarkan Pınara rəsmi olaraq evlənmə təklifi edib. Möhtəşəm toyları Almaniyada baş tutub.
2018-ci ildə onların Liya adlı qızı dünyaya gəlib.
Hazırda Tarkan İstanbul və Nyu-York arasında get-gəl edir, onun həyat yoldaşı və qızı isə, demək olar, bütün konsertlərdə müğənnini müşayiət edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8982
avatar

Səbuhi Sədəf

Oxşar yazılar