Aqşin Fateh: "Rəşadın yerinə olsaydım,   mən də..."
12 noyabr 2022 18:40 (UTC +04:00)

Aqşin Fateh: "Rəşadın yerinə olsaydım, mən də..."

Meyxanaçı Aqşin Fateh həmkarı Rəşad Dağlının həbsindən danışıb.

Lent.az xəbər verir ki, “Xəzər axşamı” proqramına qatılan müğənni Rəşada və ailəsinə dəstək olduğunu bildirib:

"Həm sənətçi, həm kişi kimi mütləq borcumdur ki, bunu deyim. Sosial şəbəkələrdə bir-iki məqalə oxudum, şərhlərdə artıq şeylər yazmağa başlayıblar. Əvvəla Rəşad qardaşımızın ailəsinə, Yusif balasına, qızına səslənirəm. Siz elə bilməyin ki, təksiniz. Biz əmiləriniz, dayılarınız yanınızdayıq. Necə toyunuzda yanınızda olduqsa, çətin günlərdə də yanınızdayıq".

Aqşin Fateh bildirib ki, meyxanaçı, şair, sözlə dolanan adama ağır söz demək olmaz:

"Bir insanın malına dəyə, xəsarət edə, hər şeyinə toxuna bilərsən. Meyxanaçının şərəf ləyaqətinə, namusuna sözlə toxunsan... Yəni onu qınayan adamlar var ki, gərək eləməzdi filan. Biz söz adamlayırıq, sözlə pul qazanırıq. Bizi sözlə əzmək olmaz. Bəlkə kimlər üçünsə adidir, şərəfinə, namusuna söz desinlər, keçsin. Bəlkə də o, öyrəşib, hər gün eşidir. Amma meyxanaçı, şair, sözlə dolanan adama qayıdıb ağır söz demək olmaz. Mən özümdən götürürəm ki, Rəşadın yerində olsaydım, özümü idarə edə bilməzdim", - deyə Fateh qeyd edib.

Xatırladaq ki, meyxanaçı Rəşad Əmirov (Dağlı) bir neçə gün əvvəl qonşusunu söyüş üstündə qətlə yetirib.

# 5412
avatar

Oxşar yazılar