"İnkişaf etdikcə, tanındıqca ehtiyat edirsən. Hər aparıcının qarşısına çıxmaq, hər verilişə getmək, hər qonaqla oturmaq olmaz".
Lent.az xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov deyib. O hər dəvət aldığı yerə getmədiyini deyib:
"İndi isə reytinq məsələsi ucuzlaşıb. Qarşıma aparıcı bayağı nəsə qoysa, şapalağı vurub gedərəm. Heç vecimə də deyil.
İllərdir bu işin içindəyik. Obyektiv olmayan aparıcı və komanda var, ora getmək istəmirik".