Ancelina Coli kasıblayıb  - Aktrisa mülkünü satır
19 noyabr 2024 10:14 (UTC +04:00)

Ancelina Coli kasıblayıb - Aktrisa mülkünü satır

Ancelina Colinin pul problemi yaranıb, aktrisa ABŞ-dakı mülkünü satır.

Lent.az xarici mediaya istindən xəbər verir ki, Bred Pittdən boşanma maddi çətinliklərə səbəb olub.

Aktrisa Hollivud aktyoru Bred Pittdən boşanma prosesində vəkillərin pulunu ödəmək üçün əmlakını satmaq məcburiyyətində qalıb.

İnsayderlər bildirir ki, Coli lüks avtomobilini və qarderobundan bəzi əşyaları satmalı olub.

Bildiyiniz kimi, cütlük 2019-cu ildə boşanıb. O vaxtdan bəri onlar arasında əmlak bölgüsü və uşaq qəyyumluğu ilə bağlı hüquqi çəkişmələr gedir. Sonsuz məhkəmə çəkişmələri Hollivud ulduzunun pul kisəsinə ciddi ziyan vurub.

İndi, mənbələrə görə, sənətçinin xərcləri gəlirlərini xeyli üstələyir. Dostlar 49 yaşlı Ancelinanı keçmiş əri ilə məhkəmə çəkişməsinə son qoymağa razı salmağa çalışırlar, lakin o, hələ ki buna razılaşmayıb.

Aktrisanın maddi vəziyyəti o qədər kritikdir ki, o, 1958-ci il istehsalı olan "Ferrari" avtomobilini satmaq qərarına gəlib. Onun dəyəri 1,3 milyon dollardır. Bundan əlavə, Coli qarderobundan məşhur dizaynerlərin bəzi paltarlarını satmaq qərarına gəlib. O, Pittin ona hədiyyə etdiyi zinət əşyalarını da satışa çıxarıb.

Ancelina və Bred 5 il evli olub. Onların birlikdə altı övladı var:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar