“Anam, qardaşım və bacım bir gecədə öldü, 15 il sonra dedilər ki...” - Tanınmış müğənni
05 mart 2024 10:55 (UTC +04:00)

“Anam, qardaşım və bacım bir gecədə öldü, 15 il sonra dedilər ki...” - Tanınmış müğənni

Müğənni Nüşabə Musayeva qatıldığı proqramlardan birində keçmişi barədə acı xatirələrini paylaşıb.

Lent.az-ın xəbərinə görə, o yaşadığı ailə faciəsindən sonra çox dəyişdiyini deyib:

“Gədəbəydən toydan gəlirdik. Avtomobili atam idarə edirdi. Nəvahidə qəza elədik. Mən kiçik qardaşımla qabaqda oturmuşdum. Qabaqdan gələn yük maşını ilə toqquşduq. Məni avtomobilin ön şüşəsindən dartıb çıxarıblar. Kiçik qardaşım və atam günlərlə komada qaldılar. O hadisəni məndən başqa heç kim xatırlaya bilmir. Gözümü açanda eşitdim deyirlər ki, biri sağdır. O qəzada anam, bacım, qardaşım öldü. Mən 15 yaşım olanda öyrəndim ki, ata bildiyim Sabir müəllim doğma atam deyilmiş. Bunu mənə atam ikinci dəfə evlənəndə dedilər. Evlənməyinə narazı idim deyə dedilər az hay-küy sal, o sənin doğma atan deyil. Atamdan küsüb nənəmgilə getdim. Düz 5 il tək yaşadım. 16  yaşımda nənəm məni ərə verdi, 2 ildən sonra ərim içki düşkünü olduğuna görə ayrıldıq. Çox sonralar əsl atamı tapdım. Lerikdəndir. Amma özümə doğma ata onu yox, məni böyüdən kişini, Sabir Musayevi hesab edirəm”.

 Müğənni daha itirmək qorxusu olmadığını da dilə gətirib.

“Öz əlimlə 5 əzizimin meyitini yumuşam. Bu qədər ölüm görmüşəm, ölümdən daha qorxmuram, itirəcəyim heç nə yoxdur, ona görə məni heç kim, heç nə ilə qorxuda bilməz”,- o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8508
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07