Xalq artisti Brilliant Dadaşova ailəsinin keçirtdiyi qəzadan danışıb.
Lent.az xəbər verir ki, bu haqda "ATV şou"ya danışan müğənni anasını qəzada itirməsindən bəhs edib:
"Atamın idarə etdiyi avtomobil qəzaya düşdü. Anam həmin toqquşmada rəhmədə getdi. Biz hamımız xəstəxanaya düşdük, ailəmizdə faciə baş verdim. Ailə dostları arasında gördük kimin vəfası var, kimin yox".