6 qadın ispan rejissoru Karlos Vermutu zorakılıqda ittiham edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, öncə 2012-ci ildən 2024-cü ilin yanvar ayının əvvəlinə qədər Vermutla münasibətdə olan üç qadın rejissorun onlarla “zorakı cinsi əlaqədə” olduğunu söyləyib. Zərərçəkənlərin rəssam, aktrisa və mədəniyyət meneceri kimi çalışdıqları məlum olub.
Bundan əlavə, rejissorun tələbəsi, qadın həmkarı və daha bir mədəniyyət işçisi onu zorlamaqda ittiham edib.
Qadınların fikrincə, Vermut 2014-cü ilin mayından 2022-ci ilin fevralına kimi onlardan sui-istifadə edib.
Təqsirləndirilən şəxs özü bütün bu qadınlarla razılıq əsasında cinsi əlaqədə olduğunu iddia edir.