Aktyor Elməddin Cəfərov, müğənni Roza Zərgərli
08 iyul 2021 15:09 (UTC +04:00)

Aktyor Elməddin Cəfərov, müğənni Roza Zərgərli

"Aktyora qız verməzlər" - Roza ilə Elməddin arasında QALMAQAL

Aktyor Elməddin Cəfərovun söylədiyi “Oğlum kimi alır alsın, müğənni almasın” sözləri cavabsız qalmayıb.

Lent.az-a açıqlama verən müğənni Roza Zərgərli aktyorun cavabını belə verib: 

“Elməddin aktyordur. Bəs ona niyə qız veriblər ki? Ömür boyu deyiblər ki, şou aləmində olan və aktyor olan oğlanlara qız verməzlər. Nə yaxşı ona qız verdilər? Deməli, normal ailə başçısıdır. O demək deyil ki, müğənni qız normal ailə başçısı ola bilməz. Elməddin də düşdü şou aləmində qız alıb, qız verməyənlərin siyahısına”.  

Qeyd edək ki, E.Cəfərov Lent.az-a müsahibəsində bu sözləri demişdi: 
“Oğlum xaricdə ali təhsil alır. Ona demişəm ki, xaricdə ailə qura bilmərsən. Söylədim ki, Nihad, birdən ağlına gələr, orada qalım, evlənim, qəti olmaz. Kimlə ailə qurmaq istəyərsə, qarışmaram. Azərbaycanlı xanımla evlənə bilər. Amma oğlumun müğənni qızla ailə qurmasına razı olmaram. İstəmirəm. İstərdim ki, gəlinim evdar olsun. Müğənni xanımlar işlə bağlı ora-bura qaçırlar, çətin olur". 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12378
avatar

Yalçın UĞUR

Oxşar yazılar