“Zəhər tuluğu” filmi ilə gündəmə gələn Ləman Mərrih nişanlanıb.
Lent.az xəbər verir ki, bu barədə aktrisanın özü “Instagram” hesabında paylaşım edib.
O, həyat yolunu birgə addımlamaq üçün seçdiyi Elnur bəylə ailə arasında kiçik nişan mərasimi keçirib.
Məclisdə onları ailə üzvləri, yaxınları və tanışları tək qoymayıb. Cütlüyün şad günündən olan görüntüləri yaxınları sosial şəbəkələrdə paylaşıblar.
Eyni zamanda, Elnur bəy Amerikada yaşadığı üçün Ləman Mərrih evləndikdən sonra ora köçəcək.
Qeyd edək ki, Ləman Mərrih hazırda "Ata ocağı" serialında Könül obrazını canlandırır.