Müğənni Aysun İsmayılova sosial şəbəkə hesabında qəribə paylaşım edib.
Lent.az-ın xəbərinə görə, o, izləyicilərin suallarını cavablandırarkən “İnanın, yazdıqlarınızı oxuyanda ailəmlə sizi lağa qoyub, gülürük” yazıb.
“Rəylərinizi bəbişdən vaxt tapdıqca oxuyuram. Hər birinizə gözəl dualarınız, xoş sözləriniz üçün çox təşəkkür edirəm. Allah hər ailəyə bu sevinci yaşatsın.
Gələk mənfi rəy yazanlara… İnanın, yazdıqlarınızı oxuyanda ailəmlə sizi lağa qoyub, gülürük. Qayınanam, qayınatamla çox maraqlanırsız. Onlar şou-biznes adamı deyil ki, çəkim göstərim. Çox ağır təbiətli və bəlli bir yaşa çatmış insanlardılar. Narahatsız ki, xəstəxanada niyə yox idilər? Əslində gözümü açanda ilk qayınanamı gördüm.
Maşallah, münasibətimiz çox gözəldir. Siz bizə görə narahat olmayın. Bizim çox güclü, sevgi dolu və özünə hörmət edən ailəmiz var. Şükür ki, bu cür hörmətli mədəni ailənin gəlini və şıltaq qızlarıyam”.
Aysun vəkil Ramil Vəliyevlə ailəlidir, onların Sevgi adlı qızları var.