Tanınmış meyxanaçı Ağamirzə Məmmədovun qızı ailə həyatı qurub.
Bu barədə o, telekanalların birində qonaq olarkən deyib.
Meyxanaçı kürəkəninin ABŞ-də işlədiyini, qızının isə təhsil üçün oraya yola düşdüyünü bildirib.
Gənclərin toyu iyunun 9-da ABŞ-də baş tutsa da, söz ustadı mərasimdə iştirak edə bilməyib. Buna baxmayaraq, müğənni Elariz Məmmədoğlu məclisə qatılıb.