Xərçəngdən müalicə olunan Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq.
Lent.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib:
"Mənim də o xəstəliklə mücadilə apardığımı hamı bilir. Mən belə onun qədər həyat dolu deyildim. İstanbulda olduğum ərəfədə ona baş çəkmədiyim gün yox idi. Ötən əməliyyat düz 5 saat çəkmişdi. Qardaşımın yenə dualarımıza ehtiyacı var. İnanıram ki, sənətkar qardaşım bu dəfə də əməliyyatdan alnıaçıq, salamat çıxacaq".