Müğənni Afaq Aslan uzun sürən fasilədən sonra sükutu pozdu.
O, iş qadını kimi fəaliyyət göstərdiyini açıqlayıb.
Lent.az-ın xəbərinə görə, sosial şəbəkədə izləyicilərin suallarına cavab verən Afaq Dubayda yaşadığını və bizneslə məşğul olduğunu deyib.
“Dubayda öz brendimi yaratmışam. Küveyt, Bəhreyn, Mərakeş və Qatarın zəngin xanımları mənim brendimin geyimlərinə üstünlük verirlər. Amma Azərbaycan şou-biznesində yerim görünür. Çünki yeri dolmayanlardanam. Mənim kimisi olmayacaq" - o bildirib.