Dünya şöhrətli müğənni Adel Las-Veqasda konsert zamanı fanatını mühafizəçilərindən qorumaq üçün çıxışını dayandırmalı olub.
Lent.az-ın xəbərinə görə, müğənni “Water Under the Bridge” mahnısını ifa edərkən mühafizəçilərinin tamaşaçılardan birini sıxışdırdığını görüb və ifasını yarımçıq kəsib. Konsertdə yarım saatlıq fasilə yaranıb.
Adel həmin fanatına müraciət edərək, “əzizim bu şou sənin xoşuna gələcək, daha heç kim səni narahat etməyəcək” deyib və mühafizəçilərdən uzaqlaşmağı tələb edib. Daha sonra müğənni bütün tamaşaçılardan üzr istəyərək, konsertə davam edib.