Xalq artisti Zeynəb Xanlarovanın da solo konsert tarixi dəyişib.
Lent.az xəbər verir ki, martın 18-nə planlaşdırılan konsert mayın 3-də olacaq.
Bakı Konqres Mərkəzində baş tutacaq "Dünyanın Zeynəbi" proqramında tarix xaricində heç bir dəyişiklik yoxdur. Konsertin tarixinin dəyişilməsi Zeynəb xanımın şəxsən öz qərarıdır. Sənətkar bu addımı koronavirusundan qorunmaq məqsədi ilə atır.