Müğənni Nazənin Salayevanın ailəsinə ağır itki üz verib. Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, qızının həyat yoldaşı dünyasını dəyişib:
“Qızımın Qəhrəman adlı bir oğlu var. Onu çox istədiyimi özü bilir. Amma indi elə bil ki, Allah mənim balalarıma olan sevgimi alıb, ona verib. Niyə? Çünki atası rəhmətə getdi. Atasına bağlı uşaq idi. O mənim üçün həyatda hər şeydir. Kürəkənimin dünyadan dəyişdiyini bir müddət mətbuata bildirmədim. İlk dəfə burada açıqlayıram. Atasız böyüyən uşaq yarımçıq olur. Həyatda onun sınmasını istəmirəm. Onun atasızlığı məni çox yandırır, sıxır. İçimdə özümə qarşı suallarım yaranır. Atasının qəbri üstünə tez-tez gedir. Allahdan ömür istəyirəm ki, mənə ömür versin, nəvəmin xoş günlərini görmək istəyirəm. Atası rəhmətə gedəndən sonra uşaq sınıb. Kürəkənim ölməmişdən qabaq yazmışdı ki, yoldaşımı və oğlumu görmək istəyirəm. Getdilər, gördü. Amma sonda ata azyaşlı oğlunun çiyinlərində bu dünyadan köçdü. Tabutu aparanda Qəhrəman da tabutu çiyinlərində tutmuşdu. Müsahibəmi elə bu yerdə bitirmək istəyirəm, çünki artıq danışa bilmirəm”.
Qeyd edək ki, müsahibənin ardına aşağıdakı videoda baxa bilərsiniz: