Müğənni Sevda Sanalıyeva ikinci dəfə boşanmasından danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Təmiz söhbət” verilişində bildirib ki, ailəsi qısqanclıq üzündən dağılıb:
"Birinci ailə qurmağım səhv idi. Ailə qurmaq üçün razılaşdım. Nə pis, nə əla insandır. Mənə pisliyi dəyməyib. Ondan övladım var. Tez ailə qurub, 1 ay sonra ayrıldıq. İkinci ailə qurmağım isə sağlam qərar deyildi. Anam xəstəxanada olan ərəfədə onunla tanış oldum. Anam dünyasını dəyişdi, bu adam hər gün yanımda idi. O qədər yazırdı, məni tək qoymadı ki...
Pis günlər keçirirdim, o da mənə diqqət, sevgi verirdi, rahatlıq tapırdım. Ən səhv qərarım idi, amma peşman deyiləm. Çünki qızım var. Qarşı tərəf çox qısqanc idi. Xasiyyətin çətinliyi, dəhşətli qısqanclıqlar ayrılığa səbəb oldu. Dörd il ailəmi qorumaq üçün əlimdən gələni etdim. Amma gördüm ki, ailəm dağılmasa, canım əldən gedəcək".