Müğənni Rəqsanə İsmayılova pulsuzluqdan şikayətlənib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə instaqramda canlı yayım edən zaman danışıb:
"Demişdim mayın 31-nə kimi yardım edəcəm. Amma çatdırmıram, çox çətindir. Yenə də bacardığım qədər kömək edəcəm. Toy yoxdur, artıq pulum qurtarıb. Mənim gəlirim də ancaq toydan olurdu. Yoldaşımın işi var, gəlir onundur. Sağ olsun, nə qədər istəyirəm yardım edir. İmkanı olan şəxslər də artıq yardım etmirsə, qınamayaq. Gərək ürəyi istəsin etsin. Deyəndə, qayıdırlar ki, bir yerə qədər. Artıq ərzaq bitir. Heç kimə zəng edib deyə bilmirəm ki, yardım etsinlər. Qayıdırlar ki, artıq etdik, bəsdir".