Müğənni Roza Zərgərli bu sənətdə ona ilk dəstək olan şəxsin adını açıqlayıb.
Lent.az-ın məlumatına görə, ifaçı "Üçümüz" verilişində bildirib ki, onun ilk sponsoru Əməkdar artist Gülüstan Əliyeva olub:
"Həyatımda üç-dörd önəmli şəxs var ki, onlarla bu gün də dostam. Onlar mənim həm sənət, həm də həyat dostlarımdır. İlk klipimin sponsorluğunu Əməkdar artist Gülüstan Əliyeva edib. Bunu illər öncə etiraf edəndə Gülüstan xanım şok keçirdi. "Axı sən bunu niyə söylədin?" dedi. Çox zaman sənət adamları belə məsələləri danırlar. O zamanlar maddi sıxıntılarım var idi. Sağ olsun Gülüstan xanım. O, mənə yardım əlini uzatdı. Bu günə kimi onunla dostam. Yaş fərqimiz olsa da, onunla eyni bürcdənik.
Məni ilk dəfə toya aparan isə Əməkdar artist Aygün Bəylər olub".