Müğənni Xatun Əliyeva qardaşı stilist Balaş Əliyev barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı "Söhbət var" verilişində bildirib ki, ilk dəfə ona dəstək olan qardaşı olub:
"Balaş mənə sərmayə qoydu. Qardaşım əsl prodüserdi. Çünki o mənim tanınmağım üçün pul xərclədi. Efirlərə çıxartdı. İndi də deyir, yaxşı ki, o pulu vaxtında sənə xərcləmişəm. Balaş qoyduğu pulu götürə bildi. Bəlkə də o pulu başqası mənə xərcləsə idi, gecələr daha rahat yatardım".