Manaf Ağayev Kamil Zeynallı və Tolik barədə bu sözləri dedi - VİDEO
22 aprel 2020 16:56 (UTC +04:00)

Manaf Ağayev Kamil Zeynallı və Tolik barədə bu sözləri dedi - VİDEO

Müğənni Manaf Ağayev karantin dövründə insanlara etdiyi yardımdan danışıb. Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, yardıma xeyli pul xərcləyib:

 “Özümü tanıyan gündən yardım edirəm. Hər zaman deyirəm ki, yardım verməyi və evdə usta işlətməyi sevirəm. Hər zaman insanların dar günündə yanlarında oluram. Barəmdə əsassız yazanlar bədbəxt insanlardır. Bir Allah şahiddir ki, çox yaxşılıqlar edirəm. Mən hər zaman yardım edəndə evdə problem yaşayıram. Mən fala inanmıram, amma nəzərə inanıram. Tolik dedi ki, kim nə yaxşılıq edirsə, çəkib göstərsin. Mən də onun dediyinə əməl etdim. Mən qutunun içinə yaxşı ərzaqlar yığdım. Bütün bunlara 2 mindən çox xərcim çıxdı. Halal xoşları olsun. Məsələn mən görürəm ki, Kamil Zeynallı ilə Tolik gecə-gündüz əziyyət çəkir. Onların videosunu görəndə deyirəm ki, Allah başınızdan töksün, Allah balanızı saxlasın. Nə olsun ki, başqası pul verir, siz yardım edirsiz. Əsas odur ki, əziyyət çəkirsiz. Nə Tolikə, nə də Kamilə reklam lazım deyil. Çünki müğənni deyillər. Pis niyyətli rəy yazanlar elə hər zaman yazacaq”.

 

Qeyd edək ki, Manaf Ağayevin müsahibəsinin ardına aşağıdakı videoda baxa bilərsiniz:  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8090
avatar

Yalçın UĞUR

Oxşar yazılar