Kənan həyat yoldaşı barədə bu sözləri dedi - FOTO
30 iyul 2020 10:37 (UTC +04:00)

Kənan həyat yoldaşı barədə bu sözləri dedi - FOTO

Müğənni Kənan Doğulu həyat yoldaşı aktrisa Beren Saatla evliliyinin 6 illiyini qeyd edib.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə Beren Saat sosial şəbəkədə şəkil paylaşaraq xəbər vermiş olub. Daha sonra Kənan paylaşım edərək, bu sözləri yazıb:

"İllər tez axıb keçdi, bir yaşımız daha tamam oldu. Dözərək böyüyən sevgim və hörmətim xoşbəxtliyimə işıq oldu. Hər keçən gün daha yaxşı tanımaq və sarılmaq, hər ağırlığı birlikdə aşmaq, yalnızlıqdan uzaq, bir o qədər güvənmək nə gözəl bir duyğudur. Nə şanslıyam ki, səni görmüşəm, bilmişəm və sevmişəm. Dünyama qatdığın gözəlliklər, sevildiyimi hiss etmək, hər an üçün verdiyin ilhamverici kəlmələr, notlara tökdüyüm mahnılarım sənin üçündür. Okean qəlbli sevgilim, ildönümümüz mübarək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6865
avatar

Yalçın UĞUR

Oxşar yazılar