Afaq Gəncəli dünyasını dəyişən oğlu barədə bu sözləri dedi
11 may 2020 13:50 (UTC +04:00)

Afaq Gəncəli dünyasını dəyişən oğlu barədə bu sözləri dedi

 

Aparıcı Afaq Gəncəli dünyasını dəyişən oğlu barədə danışıb. Lent.az-ın məlumatına görə, aparıcı "Tolik ilə səmimi"də deyib ki, övladını hər gecə yuxuda görür:

"Hər gecə oğlum yuxuma gəlir. Niyə belə rahatam? Çünki o mənimlədir. Gəlir və danışırıq. Biz ayrılmamışıq ki. Xəstəxananın pəncərəsinə qonan quş son gündə gəlmişdi. Elə bildim ki, yaxşı xəbər gətirib. Sevinc xəbərinə hazırlaşırdım. Ağ göyərçin adama xoş xəbər gətirən simvoldur.

Sonra İnstaqramım oğurlandı və oğlumla olan bütün paylaşımlar silindi. Amma əsas şəkil deyil. Əsas insanın daxilindəkidir. Əsas qəlbindən silinməsin, ömürboyu da silinməz".

Qeyd edək ki, A.Gəncəlinin oğlu Qədirxan 2015-ci ildə 11 yaşında dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25221
avatar

Yalçın UĞUR

Oxşar yazılar