Seda Sayan
12 may 2026 19:19 (UTC +04:00)

Seda Sayan

7 dəfə ərə gedən Seda Sayandan evlənmək istəyənlərə MƏSLƏHƏT

0

Məşhur müğənni Seda Sayan "YouTube" layihəsində evlənməyə hazırlaşan gənclərə və ailələrə ünvanladığı maraqlı məsləhətləri ilə gündəmə gəlib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, müasir dövrdə ənənəvi toy mərasimlərinin iqtisadi baxımdan məntiqsiz olduğunu bildirib.

Toy xərclərinin həddindən artıq yüksək olduğunu vurğulayan Sayan, toyda yığılan qızıl və pulların çəkilən xərci ödəmədiyini qeyd edib:

"Qızıl yığmaq məqsədilə toy edirsiniz, amma astarı üzündən baha başa gəlir. Heç əziyyət çəkməyin, sadəcə nikah kəsdirin və yaxınlarınıza IBAN nömrəsi (IBAN (International Bank Account Number) beynəlxalq standartlara (ISO 13616) uyğun olaraq sürətli, təhlükəsiz və səhvsiz pul köçürmələrini təmin etmək üçün hazırlanmış bank hesabı nömrəsi sistemidir - red.) göndərin. IBAN ən ağıllı yoldur; həm birbaşa pul gəlir, həm də köhnə üsulla kimin nə taxdığını kameradan izləyib siyahı tutmaq dərdi qalmır".

Seda Sayan proqramda oğlu Oğulcan Enginə də eyni tövsiyəni verdiyini etiraf edib. O, Türkiyədəki toylarda qonaqları razı salmağın qeyri-mümkün olduğunu qeyd edib:

"Oğluma deyirəm ki, get xaricdə evlən. Çünki bizdə kimisə razı salmaq olmur. Ya yeməyi, ya gəlinliyi, hətta verilən limonadı belə bəyənməyən biriləri mütləq çıxır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar