Sindi Cekson adlı bu xanım 1988-ci ildən bu yana 52 plastik əməliyyat keçirtdiyi üçün rekordçu olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Sindinin mükəmməllik arzusu Ginnesin Rekordlar Kitabında da dəfələrlə adının çəkilməsinə səbəb olub.
1988-ci ildən bəri Sindi 52 dəfə plastik cərrahın bıçağı altına yatıb. O, tək burnundan 7 dəfə əməliyyat keçirib.
Bundan əlavə, göz qaldırma, yanaqlarda, dodaqlarda, çənə xəttində gərdirmə, doldurma, bədənşəkilləndirmə əməliyyatları etdirib. Bunlar da azmış kimi xanım Cekson üzünə qalıcı makiyaj proseduru da etdirib.
Deyilənə görə, o əməliyyatların sayına görə mərhum pop kralı Maykl Ceksonu geridə qoyub.
Həkimlər Maykl Ceksonun 30 dəfə estetik əməliyyat keçirdiyini güman edirlər.