"14 fevralda keçmiş həyat yoldaşımı düşünürəm" - SERDAR ORTAÇ
16 fevral 2024 10:03 (UTC +04:00)

"14 fevralda keçmiş həyat yoldaşımı düşünürəm" - SERDAR ORTAÇ

Türkiyəli məşhur müğənni Serdar Ortaç sevgi münasibəti ilə bağlı açıqlama verib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, eşq yaşadığı iddia edilən Çağla Taşdelenlə bağlı “Çağlanı görmədim, Tiktokda bir az danışırdıq. Hesabım bağlandığı üçün hazırda danışmırıq" - deyib.

İfaçı "14 fevral deyəndə ağlınıza nə gəlir?" sualına belə cavab verib: “Köhnə münasibətlərim, keçmiş həyat yoldaşım gəlir. Ən yaxşı 14 fevral keçmiş həyat yoldaşımla idi. Mən onun harada olduğunu və hazırda nə işlə məşğul olduğunu bilmirəm".

Xatırladaq ki, Serdar Ortaç 2019-cu ildə 5 il evli olduğu irlandiyalı Chloe Loughnandan boşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8130
avatar

Fidan İlqar

Oxşar yazılar