Aybəniz Haşımovanın qızı Aynişandan müjdə
Lent.az-ın məlumatına görə, bu barədə A.Haşımova və Aynişan birgə keçirdiyi mətbuat konfransında bildirib. Aybəniz Haşımova müsabiqə barədə məlumat verib. Müsabiqədə iştirak ideyasının Validə Abbasova və media nümayəndəsi Feliks Vişnevetskiy tərəfindən gəldiyini açıqlayıb: “Açığını desəm, “Eurovision”dan sonra çox yorulmuşduq. Bir az da küsmüşdüm, incimişdim. Çünki Aynişana qarşı haqsızlıqlar oldu. Ona görə də qısa müddətdə başqa bir müsabiqədə Aynişanın iştirakı barədə düşünmürdüm. Ancaq Validə Abbasova məni inandırdı ki, o, bu müsabiqədən keçə bilər. Müsabiqənin seçim turunun son günü Aynişanın sənədlərini, barəsində olan məlumatları Belorusa göndərdik. Cavab gələndə bizim üçün də sürpriz oldu. Çünki “Slavyan bazarı”nda iştirak etmək üçün minlərlə sənətçi müraciət edib. Aynişanın seçilməsinə sevindim”.
Qeyd edək ki, 60 min namizəd arasından 19 ölkənin təmsilçisi seçilib.
Aynişan da belə bir müsabiqədə iştirak etməsindən məmnun olduğunu qeyd edib: O, müsabiqədə 3 mahnı ifa edəcək: “Mahnılardan ikisi Azərbaycan musiqisi olacaq. Üçüncü mahnını isə Ukrayna dilində ifa etməyi planlaşdırıram. Çox həyəcanlıyam. Ancaq özümə əminəm. İnanıram ki, qələbə ilə qayıdaram”.
Mətbuat konfransında onu da bildirdiblər ki, Azərbaycandan “Slavyan bazarı”na gənclərdən Aynişan, uşaqlar arasında keçirilən müsabiqəyə isə Yasin Həsənov seçilib. Tədbirdə Yasinin özü iştirak edib. O, da indiyə qədər bir çox Beynəlxalq müsabiqədə, festivalda iştirak edib, “Qran Pri” mükafatlarının sahibi olub. Yasin də bu müsabiqədən əliboş dönməyəcəyinə əmin olduğunu bildirib.
Xatırladaq ki, “Slavyan bazarı” bu il 20 illik yubileyini qeyd edəcək. Ona görə də müsabiqənin xüsusi qonaqları olacaq. Onlar arasında Fransız sənətçisi Mirey Matye də yer alır. “Slavyan bazarı”na iyunun 5-də start veriləcək. İyunun 14-də isə qala gecəsi keçiriləcək.
Lalə Yusifqızı

1841