“Az qaldı...”
04 may 2011 16:30 (UTC +04:00)

“Az qaldı...”

Martın 14-də məruz qaldığı silahlı hücum nəticəsində başından ağır yaralanan Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin Almaniyanın Münhen şəhər xəstəxanasında müalicəsi davam edir. Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, onun müalicəsində böyük irəliləyiş qeyd alınıb.


Müğənninin iflic olan sol əli və sol ayağına taxılan robot onun ayaqyolu və digər günlük ehtiyaclarının böyük hissəsini təkbaşına yoluna qoymağa da kömək edir. İbrahim Tatlısəs çox gözlədiyi kiçik oğlu İda ilə də artıq görüşüb. Müğənninin keçmiş həyat yoldaşı Derya Tuna və oğlu İdo onu ziyarət etmək üçün Almaniyaya gedib.


İbrahim Tatlısəs oğlu İdoya deyib ki, artıq az qalıb, sağalır, tam sağalmadan Türkiyəyə aparılmasını istəmir. Həkimlər də İdoya atasının sağlamlığının gözlənildiyindən də sürətlə bərpa olunduğunu bildiriblər.


Qeyd edək ki, İbrahim Tatlısəs müalicəsini davam etdirmək üçün aprelin 6-da xüsusi təyyarə ilə Türkiyədən Almaniyaya aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar