Ukraynanın “Eurovision-2011” təmsilçisi: “Azərbaycan hər il müsabiqəyə güclü hazırlaşır” - MÜSAHİBƏ
- Siz öz ölkənizdə yerli mahnı müsabiqələrindən birinin iştirakçısı kimi tanınmısınız. İndi isə “Eurovision-2011”-in iştirakçısı kimi Avropaya gedirsiniz. Fərq nədədir? Sənətçi bu müsabiqədə səhnəyə necə hazırlanmalı və hansı düşüncədə olmalıdır?
- “Eurovision” Mahnı müsabiqəsi müxtəlif xalqların toplaşdığı və mədəniyyətlərini nümayiş etdirildiyi müsabiqədir. Lakin bu, festival deyil. Hər bir ölkənin nümayəndəsi qələbə qazanmaq üçün səhnəyə çıxır. Mən “Eurovision”a qələbə qazanmaq üçün gedirəm. Başqaları kimi “mənim üçün orada iştirakım hər şeydən vacibdir” deməyəcəyəm. Onsuz da bu sözləri deyən iştirakçıların da səmimiyyətinə inanmıram. Bəs bu qədər əməyi onda bu müsabiqəyə sərf etməyin nə mənası var? Bu qədər əmək və pul sərf olunursa, deməli, qalibiyyət lazımdır.
- Müsabiqəyə hazırlıqlar necə gedir? Səhv etmirəmsə, sizin ifa etdiyiniz “Angel” mahnısının klipi hələ nümayişə hazır deyil.
- Klip çəkilir, bu yöndə əməlli-başlı hazırlıqlar gedir. Klip çox fərqli və ürəkaçan olmalıdır. Bunun üçün biz Nyu-Yorkdan köməkçi vasitələr cəlb etmişik. Təfərrüata varmayım, amma deyə bilərəm ki, bu, qeyri-adi bir şey olmalıdır.
- Yeri gəlmişkən, müsabiqə öncəsi artıq bir nailiyyəti əldə etmisiniz. “Angel” mahnısı qalmaqallarla populyarlıq qazandı. Sizi plagiatda ittiham edirdilər.
- Bəli, mahnı kifayət qədər hay-küyə və qalmaqala səbəb oldu. Lakin mən özümü sübut edə və faktlarla inandıra bildim. Kiçik qruplar mənə mane olmağa çalışdılar. Əsas olan irəli getməkdir. Bunlar o qədər də vacib amillər deyil.
- Ötən ilin qalibi Lena Mayer də qalmaqallarla diqqəti cəlb etdi. Nəticə də yaxşı oldu - müsabiqənin qalibinə çevrildi.
- O, qalmaqallarla yox, mahnısı ilə qalib gəldi. Mən belə düşünürəm. Qalmaqallarla beynəlxalq müsabiqələrdə qalib gəlmək olmaz. Əgər Lenanın mahnısı insanların diqqətini cəlb edən və yadda qalan olmasaydı, düşünürəm ki, onunla bağlı baş verən nə hadisə olur-olsun, qalibiyyətə təsir edə bilməzdi. Şəxsən ötən il mənim ölkəm Ukraynada Lena Mayer sevilən iştirakçılar sırasında idi.
- Amma o həm də “skandal-şəxsiyyət” hesab olunurdu…
- Ola bilər. Lakin milyonların gözünü zillədiyi o səhnədə şəxsin kimliyi görünmür. Hamı super şou, ifa və mahnı gözləyir. Və həmin vaxt insanları onlarla baş verən qalmaqallar maraqlandırmır. İnsanlar səs verdikləri vaxt artıq musiqiyə və ifaya səs verməyə başlayırlar.
- “Eurovision” həm də ismarıcların məkanıdır. Hər ölkə narahat olduğu mövzularla “Eurovision” səhnəsindən çağırış edir. Siz mahnını hansı düşüncələrlə oxumusunuz?
- Bilirsiniz, heç nəyə baxmayaraq deyə bilərəm ki, həyatda hər şey insanların mürəkkəbləşdirdiyi formada deyil. Doğrudur, müsabiqədə siyasi çağırışlar da olur. Bir neçə dəqiqə içində insanları mövcud olan problemlərə qaytarmaq, diqqəti ora yönəltmək kimi hallar da baş verir. Lakin biz bu kimi hallardan uzaq qaçdıq. Mahnımızın adı “Mələk”dir (“Angel”), həzin, bir o qədər də pozitiv, yüksək əhval-ruhiyyə yaradan mahnıdır. Bizim də insanlara çatdıracaq sözlərimiz var. Lakin bu çatdırmaq istədiklərimizdən qənaət əldə etmək artıq insanların özlərindən asılıdır. Şəxsən mən Almaniya səhnəsində insanlara daha xeyirli və insanları sevindirən bir mövzuda çıxış etmək istəyirəm.
- Eldar və Nigar haqqında nə deyə bilərsiniz?
- Onlar çox pozitiv, istiqanlı və xoş insanlardır. Azərbaycan çox mehriban insanların yaşadığı məkandır. Burada hamı bir-birinin üzünə gülümsəyir. Xoş rəftar etməyə çalışır. Eldar və Nigar da bu torpağın insanlarıdırlar. Onların çıxış edəcəkləri mahnı barəsində də yüksək fikirdəyəm.
- Bu ilki rəqibləriniz haqqında nə deyə bilərsiniz? Güclü mahnı və iştirakçılar ötən illə müqayisədə çoxdur, yoxsa az? Necə düşünürsünüz?
- Düzünü desəm, bütün mahnılarla tanış deyiləm. Hamısını dinləyə bilməmişəm. Əgər onların çox hissəsi diqqətimi cəlb etməyibsə, deməli mənim fikrimcə, o qədər də güclü mahnılar və iştirakçılar yoxdur. (Gülür) Yox, var... O ki qaldı şəxsən Azərbaycan təmsilçilərinə, ölkəniz hər il güclü hazırlıq mərhələsi keçir və müsabiqəyə qoşulduğu vaxtdan indiyədək ayağını yerə möhkəm basıb. Bu il də onları şansı görürəm.
- Özünüzün bir dinləyici kimi favorit iştirakçınız var?
- Mənim Moldova iştirakçılarının mahnısından və özlərindən xoşum gəlir. Böyük bir səbəb açıqlaya bilmərəm. Amma çox bəyəndiyimi deyə bilərəm. Onlar təsirli oxuyurlar. Düzdür, onlar favoritlər sırasında deyillər, lakin qeyri-adilikləri ilə fərqlənirlər. Bundan başqa Fransa iştirakçılarının mahnıları xoşuma gəlir. İngiltərənin “Blue” qrupunu isə sadəcə geniş kütləsi olan favoritlər siyahısında görürəm. Onların çox hitləri var. Sevənləri çoxdur. Gözəl kliplər çəkdirmək olar, təbliğata da çoxlu pul xərcləmək olar. Lakin hər şey o səhnədə görünəcək.
- Bəs öz şansınızı necə dəyərləndirirsiniz?
- Özüm haqqında heç nə deyə bilməyəcəyəm. Açığını desəm, öz barəmdə danışmaqdan zəhləm gedir. Hər şeydən əvvəl yarımfinalı gözləyirəm. Bizim yarımfinalda güclü iştirakçılar var. Ümumiyyətlə, bu il güclü iştirakçılar çoxdur. Bütün iştirakçılara uğurlar arzu edirəm!
Lalə Yusifqızı

684