7 ərəb model azərbaycanlı sənətçinin klipində
14 aprel 2011 13:24 (UTC +04:00)

7 ərəb model azərbaycanlı sənətçinin klipində

Bu barədə Lent.az-a rejissor Nail Naiboğlu məlumat verib. O, həmin modellərlə suriyalı rejissor vasitəsilə əlaqə qurduğunu deyib: “Mahnı “Sevə-sevə” adlanır. Ravi adlı suriyalı rejissorla işbirliyimiz var. Onun özü əslən hindistanlıdır. Ravi mənə ərəb modellərlə görüşüb əməkdaşlıq qurmaq üçün vasitəçi oldu”.


Naiboğlu onu da əlavə edib ki, klip üzərində 6 aydır, iş gedir: “Düz 6 aydır ki, hazırlaşırıq. Onu da qeyd edim ki, klipdə Rüfət və Araş bənzərliyinin şahidi olacaqsınız. Klipin süjet xətti yoxdur. Lakin əsl şərq ab-havasında olacaq”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar