Ərli qadını öpmək istəməyən, qızının toyuna yazdığı mahnı birincilik qazanan əfsanə - ARAŞDIRMA - VİDEO
Onuncu söhbət
Ötən əsrin 50-ci illərin pop ulduzları arasında bir nəfər var ki, Amerikada onun populyarlığı əfsanəvi Elvis Presli ilə müqayisə olunur. O, məxmər kimi səsi, yumşaq oxu manerasıyla musiqisevərlərin qəlbinə yol taparaq, ən nüfuzlu hit-paradlarda dəfələrlə lider olmuşdu. 1957-ci ildən etibarən onun 17 albomu “Billboard” jurnalında yer alıb. Bu müğənninin adı Pet Bundur. Bütün səhnə həyatı ərzində onun albomları 45 milyon tirajla satılıb, aktyor kimi Hollivudun 12 filmində çəkilib...
* * *
2010-cu il dekabr ayının 10-da əfsanəvi rok ifaçısı Pet Bun və “Utopia Residenses” şirkətinin birgə press-relizində cənab Bunla ailəsinin yaşayış üçün nəzərdə tutulmuş yeni okean laynerində lüks mənzil aldığı açıqlanır.
Press-relizdə daha sonra deyilir:
“Utopiya” gəmisi dünyanı gəzəcək, Kann kinofestivalı, Monte-Karlo Qran-Prisi, Olimpiya oyunları, karnavallar və dünya miqyaslı digər idman yarışlarının, mədəni tədbirlərin keçirildiyi şəhərlərin limanına girəcək”.
“Utopia” şirkətinin direktorlar şurasının sədri Devid Robb bu haqda sənədin imzalanması mərasimində belə deyib: “Pet Bunla ailəsi “Utopia” laynerində dünya biznesinin, idmanının, siyasətinin və istirahət industriyasının ən tanınmış simalarından ibarət möhkəm birliyə daxil olacaq. Cənab Pet Bunla xanımı xeyriyyəçilik sahəsində görkəmli simalardır və laynerimizin dünya səyahətində ölkəmizi layiqincə təmsil edəcəklərinə tam əminik”.
Direktorlar şurası sədrinin sözlərinə görkəmli musiqiçi bunları əlavə edib: “Laynerdəkilər ideya adamlarıdır, “Utopia” gəmisini bütün dünyada xeyriyyəçiliyin yayılması üçün yaradıblar və mən də onların tədbirlərində yaxından iştirak etmək istəyirəm”.
Xatırladırıq ki, Pet Bun musiqi, kino və ədəbiyyat sahəsində əfsanəvi karyeraya malik insanlardandır. O istedadlı artist kimi dünyada çoxlu pərəstişkar toplayıb. Pet Bun və xanımı Şirli hal-hazırda Kaliforniya ştatında, Beverli Hillzdə yaşayırlar. Onların qızı, aktrisa və müğənni Debbi Bun bir neçə Grammy mükafatının laureatıdır.
* * *
Çarlz Yucin Patrik Bun (Charles Eugene Patrick Boone) 1 iyun 1934-cü ildə Birləşmiş Ştatların Ceksonvill şəhərində, Amerikanın ilk qəhrəmanlarından biri Daniel Bunun nəslində anadan olub. Məktəb illərini Neşvill şəhərində keçirib. Lap gənc yaşlarında - hələ 19 yaşı tamam olmamış tanınmış kantri musiqiçisi Red Foulinin qızı Şirli ilə ailə qurub. Maraqlıdır ki, gənc ailə 60-cı illərin ortalarında Petin içkiyə aludəçiliyi ucbatından az qalır ki, dağılsın. Amma sonradan çox xarizmatik qadın olan Şirli onu dinə daha çox fikir verməyə həvəsləndirir və ailənin bütün problemləri elə bununla bitir.
Pet Bun bir müddət Neşvillin Devid Lipskum kollecində oxuyandan sonra, Kolumbiya Universitetinin ümumi tədqiqatlar fakültəsini fərqlənmə ilə bitirir, Şimali Texas Universitetində təhsilini davam etdirir.
Musiqiyə lap kiçik yaşlarından marağı olsa da, bu sahədə ilk uğuru elə tələbəlik illəriylə bağlıdır. O, musiqi müsabiqəsində qələbə çalaraq “Yeni ulduz”un Amerika variantında - istedadlı cavanlar axtaran televiziya proqramında çıxış etmək hüququ qazanır və elə həmin proqramda da tamaşaçıların diqqətini cəlb edir. Bunun dalınca daha bir il də başqa populyar şounun iştirakçısı olur.
1954-cü ildə ilk mahnısını yazdırır. Artıq 1955-ci ildə isə Fets Dominonun bir mahnısı ilə hit-parada rəhbərlik edir.
Əslində Pet Bun o zamankı rokun dəblərinə heç uyuşmurdu. Təvazökar, aza qane olan, iti nəfsiylə seçilməyən birisiydi. 50-ci illərin axırlarında illik gəlirinin 750 min dollar təşkil etməsinə baxmayaraq, Nyu-Cersi ştatının Tinek şəhərindəki yığcam, sadə bir evdə yaşayırdı.
1956 və 1963-cü illər arasında Pet Bun 54 dəfə top mahnılar siyahısına düşür. Populyarlığının zirvəsi isə 1957-ci ilə təsadüf edir. Müğənni “ABC” kanalında öz şousunu aparmağa başlayır. Bundan başqa müntəzəm çəkildiyi filmlər də tamaşaçıların qəlbinə yol tapmaqda ona böyük kömək olur. Apardığı televiziya şousunun 1960-cı ildə başlanmasına baxmayaraq, Pet Bun uğurlu ifaçılar arasında yerini qoruyub saxlaya bilir və bir ildən sonra “Moody River” mahnısı ilə elə pop-ulduz olaraq qalır.
Altmışıncı illərdə, yəni musiqidə “Britaniya istilası” dövründə cavanlardan ibarət auditoriyanı itirdiyi üçün ənənəvi musiqi janrlarına - kantri və dini qospel melodiyalarına keçir. Səsyazma studiyalarında yeni-yeni kompozisiyalar yaradaraq müntəzəm konsert fəaliyyətiylə məşğul olur. Onun konsertlərində mütləq arvadı və dörd qızı iştirak edir, bütün ölkədə “ailəcanlı Bun” obrazını uğurla möhkəmləndirirdilər.
Lakin insanlar Pet Bunu bu gün yalnız musiqiçi və aktyor kimi tanımırlar. O həm də yazıçıdır. 60-cı illərdən başlayaraq yeniyetmələr üçün bir-neçə populyar kitab yazıb, geniş oxucu auditoriyasına malikdir.
Pet Bunun rok tarixindəki yerindən danışanda həqiqətə iddialı istənilən mülahizə mütləq mübahisə doğurur. İndi onun rokdakı yerini birmənalı şəkildə təyin etmək mümkün deyil. Amma bu musiqinin inkişafında onun xidmətləri danılmazdır. Bunun üslubunu haqlı olaraq, bəzən “estrada rok-n-rollu” adlandırırlar.
Fets Domino və Littl Riçard kimi rok pionerlərinin musiqi üslubuna yiyələnərək onları maksimum həddə yumşaldan, bununla da mühafizəkar auditoriyanın diqqətini özünə cəlb etməyi bacaran Pet Bunun pərəstişkarı heç də onlarınkından az deyildi. Amma rok dairələrində onun dindar təmizliyi daim acı kinayəyə səbəb olurdu...
Onun daha bir xidməti rok-n-rollu “çiy” şəkildə qəbul etməyə hələ hazır olmayan milyonlara onu məqbul bir formada təqdim edib yaymasıdır. O konservativ mövqeyiylə rokdan səkkiz ağac uzaq olan kənd tamaşaçını da “çiy” rokun gözlənilməz keçidlərinə hazırladı, sonra gələcək cərəyanlar üçün münbit zəmin yaratdı.
Onun səhnə obrazının ifrat təmizliyi çoxlarını pərəstişə, təqlidə həvəsləndirirdi. Pet Bun başqa rokerlərə nisbətən o qədər tərbiyəli, ailəsinə o qədər sadiq idi ki, çəkildiyi “Aprel məhəbbəti” filmində tərəf-müqabili Şirli Consu öpməkdən imtina edir. Məsələ bunda idi ki, Şirli həmin ərəfədə ərə getdiyindən Pet onu öpməyi özü üçün əxlaqa zidd sayırdı.
Amma bu hərəkətinin səbəbini mətbuata da izah etməkdən çəkinməyərək müsahibələrinin birində belə deyirdi: “Xanımımdan soruşanda, suala sualla cavab verib soruşdu ki, əgər mən bütün günümü Rok Hadsonla öpüşərək keçirsəm, sənin xoşun gələr?”
Ailə dəyərlərinin keşiyində durmaq bu musiqiçi üçün səhnə obrazının bir ştrixi deyil, həyat normasıydı. O qədər tərbiyəli adamdı ki, gözəl bir televiziya proqramından yalnız sponsorlarının siqaret və pivə istehsalçısı olduğuna görə imtina etmişdi. Hələ bu azmış kimi, 60-cı illərdə yazdığı kitabında tinecerlərə tövsiyyə edirdi ki, valideynlərinə qulaq assınlar, müntəzəm olaraq əl-üzlərini yusunlar, normal geyinsinlər.
Pet Bunun həyatını araşdıranda şəxsən məndə belə bir qənaət yarandı ki, bu istedadlı insan səhnəyə yalnız zənci musiqisini “özəlləşdirmək” və sonra da daha kütləvi auditoriyaya qəbul etdirmək üçün gətirilib. İndi adam heç təsəvvür edə bilmir ki, belə səhnə obrazına malik bir musiqiçi “Tutti Frutti” kimi mahnıları necə oxuyurmuş. O bütün birinci nəsil rok-n-roll ulduzlarına alternativ idi - həm davranışı, həm oxu manerası, həm də həyat yoluyla. Amma bu alternativlik birincilərin səhnədən çıxmasına səbəb olmadı, əksinə, rokda tamam başqa bir qat yaratdı.
Pet Bun dünya pop-mədəniyyətinin ən səbatlı konservatorudur. Onun bütün mahnılarında zorla sezilən, lakin canlı yumor var. Şou-biznes aləmində isə romantik konservator olmaq qiyamçı və dekadent kimi ad çıxarmaqdan xeyli çətindir.
1977-ci ildə Birləşmiş Ştatların ən çox satılan mahnısı qızı Debbi Bunun toyuna həsr etdiyi ballada oldu. Bütün bu illər ərzində Pet Bun televiziya ekranlarından düşmür, vaxtaşırı siyasətə qoşulur, respublikaçılar partiyasının konservativ qanadının əsl sözçüsü kimi çıxış edirdi. O hətta prezident Buşun İraq kampaniyasını belə cani-dildən müdafiə edir, bu müharibəyə “Dur!” deyənləri satqınlıqda suçlayıb tənqid atəşinə tuturdu.
Pet Bunun adı 2007-ci ildən həm rok-n-rollun, həm də Xristian musiqisinin Şöhrət zalındadır. Bu gün o ailəsiylə Los-Ancelesdə yaşayır, kilsə icmasının, ölkənin siyasi həyatında elə əvvəlki kimi aktiv iştirak edir...
* * *
Onun çox köhnə rekordunu təzələmək isə hələ ki, heç kəsə nəsib olmayıb. Top mahnıların siyahısında birdən artıq nümunə ilə təmsil olunma müddətinə görə ilk yeri indi də Pet Bun tutur - 220 həftə!!!
Bu rekordu zamanında “Billboard” məcəlləsi təsbit etmişdi...

769