Fats Domino – Gonbul – ARAŞDIRMA
Yeddinci söhbət
Amerika pianoçusu və müğənnisi Antuan Dominik Domino (Antoine Dominigue Domino) da rok-n-rollun banilərindən sayılır. 1928-ci il, fevralın 26-da anadan olmuş, uzun sənət yolunda böyük uğurlar qazanmış, 1987-ci ildə “Grammy” mükafatına layiq görülmüş bu müğənni “Rolling Stone” jurnalının təqdimatıyla rok-n-roll erasının iyirmi beş nəhəngindən biri sayılır.
Antuan Dominik pianoda çalmağı yeddi yaşında, böyük qardaşının köməyilə öyrənib. On yaşından etibarən səhnədədir. 14 yaşı tamam olanda Fats məktəbin daşını atır, zavoda - işləməyə gedir, axşamlar isə yerli klublarda özünün ifaçılıq məharətini püxtələşdirməyə başlayır.
Üslubunun formalaşmasında müharibədən sonra Amerika səhnəsində parlamış Albert Ammons, Mid Lyü Lüis və Littl Uilli Littlfild kimi buqi-vuqi ifaçılarının təsiri altında formalaşıb. Özünə səhnə təxəllüsü götürərkən məktəb illərindən bəri daşıdığı və bədən quruluşuna tam uyğun gələn Fets (Gonbul) ləqəbinə üstünlük verir və elə özünün ilk mahnısı – “The Fat Man” valı da 1949-cu ildə həmin adla çıxır. Onun ilk mahnısını yazan studiyanın sahibi Fats Dominonu tanınmış musiqiçi, bəstəkar-aranjemançı Deyv Bartolomü illə tanış edir. O vaxt Deyv artıq neçə il idi ki, Yeni Orleanın müxtəlif klublarında caz, buqi-vuqi ifa edirdi. Bu tanışlıq Fatsın yaradıcılığında əhəmiyyətli rol oynadı, çünki sonralar onun bir çox dünya şöhrətli hitlərinin həm bəstəçisi, həm də prodüsseri məhz elə Deyv oldu. Domino və Bartolomü peşəkar musiqiçilər Li Allen (tenor-saksafon), Elvin Tayler (bariton-saksafon) və zərb alətlərində çalan Erl Palmerlə birlikdə “Nyu-Orlean ritm-ənd-blüzu” adını almış bənzərsiz bir üslub yaratdılar.
“The Fat Man” kompozisiyası 1950-ci ildə bir milyondan artıq tirajla satıldı və şirin cənub ləhcəsində danışan və gonbul sifətindən qəribə bir mehribanlıq yağan ifaçıya pərəstişkar məhəbbəti qazandırdı.
Fats Dominonun səhnəyə gəlişi əvvəlki söhbətlərimizdə dəfələrlə toxunduğumuz maraqlı dövrə təsadüf edirdi. Ağdərili gənclər zəncilərin özünəməxsus, amma hələ kobud, çiy musiqisiylə ilk təmaslarına girmişdilər. Bu musiqi ağızdan-ağıza dolaşsa da, səsyazma studiyalarına rəhbərlik edən şəxslərin əksəriyyəti tərəfindən qəbuledilməz sayılırdı. Amma buna baxmayaraq, dinləyicilərin marağı və belə valların istehsalından qazanılacaq pul onları məcbur edirdi ki, üzlərini qaradərili musiqiçilərə sarı çevirsinlər. Düzdür, ölkədə irqi ayrı-seçkilik hələ o qədər güclüydü ki, “qara musiqi”ni yaradanların hit-paradlara düşmək şansı sıfıra bərabər idi.
Belə bir məqamda hər vəziyyətdən çıxış yolu tapmağa qadir olan ağıllı prodüsserlər “qara musiqi”nin ağdərili ifaçıların təqdimatında lentə alaraq yayırdılar. Beləliklə, Amerika səhnəsinə əvvəlcə zənci musiqisi gəldi, az sonra isə bu musiqi öz yaradıcılarını da arxasınca çəkib gətirdi...
Məhz elə bu səbəbdən, 1955-ci ilin aprel ayınadək Fatsın şöhrəti yalnız ritm-ənd-blüz həvəskarlarının dar çevrəsiylə məhdudlaşırdı. Lakin rok-n-roll ifa edən ilk musiqiçilərin: Bill Heyli, Elvis Presli, Littl Riçardin səyi nəticəsində “qara” və “ağ” musiqi arasındakı dəqiq sərhədlər silinməyə başladı. Bu ölməz sənətçilərin arasında Fats Dominonun da adı var...
1955-ci ilin aprelində Dominonun müqavilə imzaladığı “İmperial” səsyazma studiyası onun “Ain-t That a Shame” singlını buraxır və bu mahnı artıq ümummilli miqyasda məşhurlaşır. Həmin ilin yayında Fatsın mahnısını çox populyar ağdərili estrada müğənnisi Pat Bun ifa edir (onun barəsində gələn dəfə danişacağam) və mahnı Amerika hit-paradlarının yuxarı sıralarını gəzir. Qeyd etmək lazımdır ki, həmin mahnı Dominonun öz ifasında hit-paradlara yalnız bir ildən sonra düşə bilir...
Həmin zamanlar ölkədə artıq müəyyən dəyişiklik müşahidə olunurdu. Ağdərili Bill Heylinin dalınca rok-n-rollu qaralar da ifa etməyə başlamışdılar. Musiqi tarixinə blüz, caz, buqi-vuqi kimi incilər vermiş bir mədəniyyətin rok-n-rolla qəti gəlişi aləmi dəyişdi, əsl inqilab etdi.
Artıq Fats Domino üçün də münbit zəmin vardı. O şöhrətin zirvələrinə aparan yolda yorulmadan irəliləməyə əzmli idi. Cəmi ikicə ildə onun 66 blüz və buqi-vuqi çalarları olan rok-n-roll hiti nüfuzlu “Billboard Hot 100” siyahısına daxil edildi. Fatsın ifa etdiyi ən uğurlu kompozisiyalardan söz açarkən mütləq “Blueberry Hill”in adını çəkmək lazımdır. Qeyd edim ki, 1956 ildə vala alınmış bu kompozisiyanı ölməz caz ustası Lui Armstronq da ifa edib.
1958-1960-cı illərdə Fats Domino şöhrətinin zirvəsinə yüksəlir. Təsəvvür edin ki, onun həmin illərdə çıxan vallarının tirajı Elvis Preslininkini üstələyirdi.
Onu çoxdan tanıyanlar istiqanlı, səmimi bir insan olduğunu söyləyirlər. Deyirlər ki, hətta bir-birinə heç bənzəməyən böyük rok ulduzlarının sırasında belə, Fats Domino onların hamısından keyfiyyətcə fərqlənirdi: yumşaq cənub şivəsi, musiqini sakit və eyni zamanda əyləncəli bir zarafatcıllıqla, çox şirin ifa etməsi... Onu hamıdan fərqləndirən bu cəhətləriydi. Fats mahnını çox vaxt elə royal arxasından təqdim edərdi. Deyirdilər ki, sonralar səhnə obrazının ayrılmaz və maraqlı bir hissəsinə çevrilən bu cəhət əslində ifaçının çox kök olmasından qaynaqlanırdı.
Populyarlığının zirvəsində olanda Fats Domino rok-n-roll mövzusunda çəkilən neçə-neçə filmdə iştirak edir. O zamanlarda Amerika kino ekranlarından düşməyən filmlər onun şöhrətini daha da artırır, tamaşaçılarını, pərəstişkarlarını sevindirirdi...
Amma rok-n-roll bir musiqi cərəyanı kimi dəbdən düşərək öz yerini daha yeni janrlara verəndə Dominonun da işlərində bir durğunluq müşahidə olunur. 1960-cı ildə musiqiçi özünün “Walking To New Orleans” mahnısıyla sonuncu dəfə Amerikanın Top 10 siyahısına düşür. 1963-cü ildə müğənni “ABC-Paramount” şirkətiylə müqavilə bağlayaraq bir neçə yeni mahnı yazdırır və onlardan biri – “Red Sails İn The Sunset” Top 40-a girir...
Lakin qarşıda “Britaniya istilası” deyilən və musiqi aləmində zövqləri büsbütün dəyişən bir dövr gəlirdi. Bu dövr sırf Amerika musiqisi ifa edənlərin hamısı kimi, Fats Dominonu da reytinq cədvəllərindən tamam çıxaracaqdı. Amma buna baxmayaraq musiqiçi yetmişinci illərin əvvəllərinədək aktiv fəaliyyət göstərir, yeni mahnılar yazdırır, səhnədə arzu olunan müğənnilər arasında öz yerini qoruya bilirdi.
Onun musiqi tarixindəki yeri bəllidir. Əbəs yerə deyil ki, əfsanəvi “Beatles” qrupunun bütün üzvləri yaradıcılıqlarına Fats Dominonun təsirini danmırlar. Məsələn, Pol Makkartninin yazdırdığı məşhur “Lady Madonna” mahnısında Domino üslubu aydın sezilir. Və nə qədər paradoksal olsa da, bu mahnını ifa edən Fets, yüzüncü yerdə olsa da, yenidən hitlər siyahısına düşür. Amma bu istedadlı musiqiçinin artıq son uğuru idi...
80-ci illərdən etibarən Dominə qastrol fəaliyyətini büsbütün dayandırıb sevimli şəhəri Nyu-Orleana köçür, amma valları hələ uzun müddət çıxmaqda davam edir.
Fats Dominonun musiqi tarixindəki əhəmiyyətli xidmətləri onun adının 1986-cı ildə adının Rok-n-Rollun Şöhrət Zalına salınmasına səbəb olur...
2005-ci il, avqust ayının axırlarında Amerika tarixinin ən dəhşətli qasırğası baş verir. “Katrina” adı almış bu ağır təbii fəlakət Luiziana ştatının Yeni Orlean şəhərinə böyük ziyan vurur. Ərazinin səksən faizi su altında qalır, 1800 nəfərdən artıq insan həlak olur. Camaat arasında belə bir xəbər yayılır ki, ölənlər içində Fats Domino da var... Amma zaman keçir, qasırğanın nəticələri aradan qalxandan sonra bəlli olur ki, müğənninin evinə ciddi ziyan dəysə də, özü canını qurtara bilib.
Bir müddətdən sonra məşhur “Rolling Stoun” jurnalının əməkdaşlarını görkəmli musiqiçinin evinə qonaq gedir və oradan maraqlı bir reportaj hazırlayırlar. İstəyirəm mənzərə kamil olsun deyə, həmin reportajı da sizə təqdim edim:
“Ütülü qara şalvar, par-par yanan lak ayaqqabı və tünd bənövşəyi köynək geymiş Fats Domino məni Yeni Orleanın Barkli-Esteyt adlanan qəsəbəsində, Missisipinin lap kənarında ucalan təzə evinin kandarında qarşılayır. Onun malikanəsi sarı rəngdədir, qapının üstünü adının baş hərfləri bəzəyir. Domunonun başında gəmi kapitanları qoyan şapka, boynunda kiçik təyyarə fiqurlu qızıl zəncir (yeri gəlmişkən, bu zəncir Fatsın talismanıdır - artıq iyirmi beş ildir ki, boynundan heç çıxarmır) var.
Fevral ayının sonunda tanınmış rok-n-roll ustasının 80 yaşı tamam olub. Qasırğa vaxtı onun həlak olduğunu düşünən pərəstişkarları onun ziyan dəymiş evinin üstünə bu sözləri yazmışdılar: “Rahat yat. Sənin yerin həmişə görünəcək”.
Fats məni qonaq otağına aparır. Divardan onun iki qızıl valı asılıb. Qasırğa vaxtı şəhərin Nayn Uard adlı proletar rayonundakı köhnə evindən xilas edə bildiyi yeganə şey elə bu vallardır. Qalan on iki qızıl diski ya su, ya da talançılar aparmışdı...
Texnikanın ən son nailiyyətləri əsasında təchiz olunmuş mətbəxdə ömrünün son altmış ilini keçirdiyi arvadı Rozmari qab-qaşığı danqıldadır. Domino sifətində narazı bir ifadə, burnunu qırışdırır: “Mən xörək bişirməyi çox sevirəm və yeməkdə də həssasam, amma Rozmari məni mətbəxə buraxmır. Deyinir: guya mən ora girəndə hər şeyi dağıdıb tökürəm”.
Yuxarı, musiqiçinin iş otağına qalxırıq. “Rozmariylə mübahisə eləməkdən xoşum gəlmir, - deyə, Domino sözünə davam edir. - Ona görə də öz hamam otağıma kerosinlə işləyən balaca bir sobası qoymuşam. Şama bir şey yaratmaq istəyəndə qapını kilidləyib işimi görürəm”.
Hamama göz gəzdirirəm - əlüzyuyanın içində üzqırxanla bir yerdə islağa qoyulmuş hisli bir tava və günəbaxan yağının boş plastmas qabı var.
Yemək mövzusu deyəsən Fatsı yaman həvəsə gətirir: “Dünən Rozmari mənim dərsimi yaman verdi. Dəniz nemətlərindən salat hazırlayırdı, mən də qazanda nə qədər krevetka vardısa hamısını yığdım, başqa şeylərə əlimi də vurmadım - Dominonun üzündə bir uşaq kinayəsi peyda olur. - Bu gün səhər yarım dənə kotletlə qabırğa ətindən qızartma yemişəm, yağlı yerindən. Ətin dadı yağlı yerində olur”.
O tək yeyəndə belə, payını bol çəkir: “Bu adət məndə hələ köhnə evimizdən qalıb. Əvvəllər yeməyə qonşularımı, dostlarımı, lap yoldan ötənləri dəvət edirdim. Hərdən heç çağırdığım adamın adını da bilmirdim... İndi isə pulluların məhəlləsinə köçmüşəm, yeməyimi tək yeməyə məcburam: curlarım bura gəlməzlər. Burda babat lobya almaq problemdir. Küçə supermarketlə doludur, amma lobya almaq üçün qoca Uilsonun dükanına gedirəm - köhnə məhəlləmizə”.
Yaşına baxmayaraq, Domino Yeni Orlean musiqisinə dəstək verən “Tiptina” xeyriyyə fonduyla aktiv əməkdaşlıq edir. Bu yaxınlarda fond Fats Dominonun iki diskdən ibarət toplusunu buraxıb. Onun öz xahişiylə, satışdan əldə olunan bütün vəsait məktəblilər üçün musiqi alətlərinin alınmasına yönəldilib. Fetsdən soruşuram ki, həmin pulun bir hissəsini köhnə evinin bərpasına sərf eləmək istəmir ki... “İnanmıram ora nə vaxtsa qayıdam, - musiqiçi qüssəylə başını bulayır. - Mənim yaşımda gələcəyə plan qurmaq çox mənasız şeydir...”
Amerika musiqi salnaməsinə öz adını iri hərflərlə yazmış Fats Domino bu gün də sədaqətli arvadı Rozmari, səkkiz övladı və on beş nəvəsiylə Nyu-Orleandakı malikanəsində yaşayır...
Özü deyir ki, məmnuniyyətlə daha bir qastrola çıxardı...
Amma bu yaşda nə qastrol...

1254