Mahnı oxuyan prezidentdir,  yanındakı keçmiş sevgilisi  - VİDEO
29 yanvar 2026 15:48 (UTC +04:00)

Mahnı oxuyan prezidentdir, yanındakı keçmiş sevgilisi - VİDEO

0

Argentina prezidenti Xavyer Miley keçmiş sevgilisi, aktrisa və komediyaçı Fatima Floresin olduğu şou proqramda gözlənilmədən səhnəyə çıxaraq mahnı ifa edib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu addım ölkədə geniş rezonans doğurub.

Miley çıxışını Buenos-Ayresdə yerləşən “Gran Rex” teatrında edib və məşhur argentinalı ifaçı Sandronun mahnılarını səsləndirib. Prezident performans anlarını sosial şəbəkə hesablarında da paylaşıb. Hadisəni tərəfdarları rəğbətlə qarşılasa da, bəzi dairələrdə müzakirələrə səbəb olub.

Fatima Flores Argentinada tanınmış komediyaçı və parodiya ustası kimi məşhurdur. O, əvvəllər səhnə çıxışlarında Mileyin parodiyalarını da təqdim edib. Cütlük 2023–2024-cü illərdə münasibətdə olub və şəxsi həyatları uzun müddət medianın diqqət mərkəzində qalıb.

Qeyd edək ki, prezidentin şəxsi həyatının ictimai tədbirlərlə bu cür kəsişməsi Argentinada tez-tez mübahisə mövzusu olur. Səhnədə mahnı ifa etməsi də sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub.

Tərəfdarları bunu səmimi davranış kimi qiymətləndirsə də, tənqidçilər dövlət başçısının rəsmi statusu ilə səhnə performansını birləşdirməsini uyğun hesab etmədiklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar