Samirə Mirzəyevaya hökm oxundu
20 fevral 2026 13:16 (UTC +04:00)

Samirə Mirzəyevaya hökm oxundu

0

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında çoxsaylı vətəndaşın pulunu mənimsəməkdə təqsirləndirilən Samirə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə Samirə Mirzəyevanın 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı Samirə Mirzəyevanın 8 il 6 ay 23 gün müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Samirə Mirzəyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Polis tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, S. Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar