Neymar bu il karyerasını  başa vura bilər
20 fevral 2026 18:21 (UTC +04:00)

Neymar bu il karyerasını başa vura bilər

0

"Santos"un hücumçusu Neymar gələcəyi barədə danışıb.

"Gələcəkdə məni nələr gözlədiyini bilmirəm. Dekabr ayında karyeramı başa vurmaq istəyəcəyimi istisna etmirəm. Bu gün üçün yaşayıram. 2026-cı il mənim, "Santos" və Braziliya milli komandası üçün həlledici olacaq", - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Neymar söyləyib. 

Neymarın "Santos"la müqaviləsi 2026-cı ilin dekabr ayının sonunda bitir.

Qeyd etmək lazımdır ki, Braziliya 2026-cı ilin yayında Dünya çempionatında iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar