Sumqayıt şəhərində, Abşeron və Qaradağ rayonlarında 2 gün su olmayacaq
20 fevral 2026 16:53 (UTC +04:00)

Sumqayıt şəhərində, Abşeron və Qaradağ rayonlarında 2 gün su olmayacaq

0

Fevral 22-si Sumqayıt, Abşeron və Qaradağın bəzi ərazilərində içməli su olmayacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-a bildirilib ki, magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə fevralın 22-dən saat 22:00-dan 24-ü gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar