Azərbaycanda başqa dinlərə  münasibət hansı səviyyədədir? - Çoxsaylı xalqlara yuva olan ölkə
20 fevral 2026 14:07 (UTC +04:00)

Azərbaycanda başqa dinlərə münasibət hansı səviyyədədir? - Çoxsaylı xalqlara yuva olan ölkə

0

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin imici təkcə iqtisadi və hərbi güclə deyil, həm də onların cəmiyyət daxilində formalaşdırdıqları dəyərlər sistemi ilə müəyyən olunur. Bu baxımdan dini və milli tolerantlıq, multikultural dəyərlərin qorunması və millətlərarası münasibətlərin sabit saxlanılması hər bir ölkənin həm daxili sabitliyinin, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindəndir. Azərbaycan uzun illərdir ki, müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan kimi tanınır.

Bəs görəsən, Azərbaycanın tolerantlıq siyasəti beynəlxalq imicinə necə təsir göstərir?

Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində imicinin şərtləndirən mühüm amillərdən biri də onun onun multikultural və tolerant ölkə olmasıdır.

Hikmət Babaoğlu: “Bu tarixi gün Azərbaycan xalqının milli qürurunu özünə  qaytardı”

“Digər ölkələr bəzən hüquqi məcburiyyət qarşısında qalıb tolerantlığı seçirlər  Lakin Azərbaycan tolerantlıq və multikulturalizm tarixi mirasdir. Əcdadlarımızdan bizə qalan və bu gün də yaşadılan dəyərlər sistemidir. Ona görə də, Azərbaycanın bu modeli çoxsaylı xalqların yaşadığı bəzi ölkələr - Suriya, Yaxın Şərqin və Avropanın bəzi ölkəri üçün nümunə sayıla bilər.

Tolerantlıq sadəcə milli yox, həm də dini fərqliliyə, çoxsaylı dəyərlərə qarşı dözümlülükdür. Əslində Azərbaycan tolerantlığında bu dözümlülük daha çox həyat tərzi ilə əvəz olunmalıdır. Çünki burada dözməkdən yox, sevə-sevə birgə yaşamaqdan söhbət gedir. Bütün bunlar Azərbaycanın xarici siyasətində də ən müxtəlif adətlərdən səmərəli istifadə etməyi şərtləndirir. Bura Parlament diplomatiyası, İctimai diplomatiya aiddir. Rəsmi diplomatiyanın həyata keçirilməsində bu amil mühüm rol oyanır. Nəticə etibarı ilə biz Azərbaycanın timsalında yeni bir tolerantlığın və bundan doğulan beynəlxalq münasibətlər sistemində yeni bir nümunə görmüş oluruq”.

Bəs görəsən, gələcək 10–20 il üçün dini və milli tolerantlığın qorunması istiqamətində əsas prioritetlər nələr olmalıdır?

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bu məsələdə məktəblərin, müəllimlərin və ailələrin üzərinə böyük vəzifə düşür:

Ceyhun Məmmədov: Pandemiyadan xilas olmağın yolu karantin qaydalarına  riayət etməkdən keçir - AZƏRTAC

Bu gün dünyanın bir sıra ölkələrində dinlər və xalqlar arasında ədavətin yayıldığını görürük. Bu, bəzən məqsədli şəkildə edilir. Müxtəlif dinlərin nümayəndələri arasında təxribatlar yaradılır. Nəzərə almalıyıq ki, tarixdə ən amansız müharibə nümunələri həm də müxtəlif dinlərin arasında olub. Ona görə biz bu məsələni hər zaman diqqətdə saxlamalıyıq. Bu mənada Azərbaycan dünyada təhlükəsizlik adasıdır. Ölkədə müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Azərbaycanın bu sahədə çox zəngin təcrübəsi var. Mütləq bu ənənələri qoruyub, saxlayıb, gələcək nəsillərə ötürməliyik.

Hesab edirəm ki, bu məsələdə məktəblərin, müəllimlərin və ailələrin üzərinə böyük vəzifə düşür. Öncə valideynlər bu məsələdə çox diqqətli, məsuliyyətli olmalıdırlar. Çox sevindiricidir ki, universitetlərdə bu istiqamətdə  çox ciddi iş aparılır, multikulturalizmə giriş fənni tədris olunur. Bunlarla yanaşı, bu zəngin ənənəni gənc nəsillərə çatdırmağı prioritet məsələ kimi qarşıya qoymalıyıq.

Tolerantlıq sahəsində lazımi bilik və tərbiyəni gənc nəslə aşılamadığımız təqdirdə, ciddi problemlər və çətinliklərlə üzləşə bilərik. Tarixdə baş verən hadisələr bunun nümunəsidir. Prosesin təkrarlanmaması üçün biz çalışmalıyıq”.

Dini azadlıqların qorunması ilə ictimai təhlükəsizlik arasında balans necə təmin edilməlidir?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Lent.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycanda tolerantlıq təkcə dövlətin yox, həm də cəmiyyətin siyasətidir.

CROSSMEDIA - Fazil Mustafa – Ziyalı düşüncəsinin 60 ili

“Ölkəmizdə başqa dinlərə qarşı münasibətdə hansısa bir şəkildə problem olmayıb. Hətta İslam dininin müxtəlif təriqət və məzhəblərinin bir-birinə qarşı dözümsüzlüyü tarix boyu daha çox görünüb, nəinki digər dinlərə qarşı münasibət. Düzdür, XIX əsrdə Rusiyanın işğalı zamanı xristianlıqla toqquşan müsəlman zehniyyətində müəyyən ziddiyyətlər və qarşıdurmalar ortaya çıxıb. Lakin sonrakı dövrlərdə müsəlman icmaları başqa dinlərin təmsilçilərinə daha diqqətli yanaşıblar. İstər xristianlığa istərsə də, yəhudiliyə münasibətdə narahatedici simptomlar olmayıb. İndi də müəyyən dərəcədə islam sektaları arasında problemlər olsa da, dövlət siyasəti bunu tənzimləməyi uğurla gerçəkləşdirdiyi üçün bu zəmində problemlər yaşanmır.

Cəmiyyəti bu istiqamətdə daim maarifləndirmək lazımdır. Həmçinin başqa dinlərə qarşı nifrətedici mövqe sərgiləməyə imkan vermək olmaz. Bizim ən böyük addımlarımızdan biri təkcə sinaqoqların, kilsələrin təmiri və onların cəmiyyətdə hamı tərəfindən bu proseslərin normal qarşılanması deyil, həm də bizə qarşı böyük vəhşiliklər etmiş, müharibə apardığımız erməni kilsələrinin qorunması istiqamətində gördüyümüz işlərdir. Onlar da bir daha sübut edir ki, qisas motivi ilə insanların inanclarını məhdudlaşdırmağa yol vermək olmaz. Halbuki bunu ermənilər etmişdilər. Biz bununla da öz fərqimizi göstərdik və çox sayda təqdir topladıq. Ona görə də tolerantlığı cəmiyyətin ayrılmaz mahiyyətinə çevrilən siyasətə çevirib, maarifçilik istiqamətində yeniləməməyimiz vacibdir”.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Yazı Medianın İnkişafı Agentliyinin “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda dərc edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar