Naxçıvanın bu ərazilərinə elektrik enerjisinin verilişi  dayandırılacaq
21 may 2026 21:10 (UTC +04:00)

Naxçıvanın bu ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

0

Mayın 22-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Lent.az xəbər verir ki, RETSİ-dən verilən məlumata görə, bu səbəbdən 35/10 kV-luq “Xətai” yarımstansiyasında enerji verilişi dayandırılacaq.

Nəticədə Xətai, 20-ci, 21-ci, 35-ci, 48-ci, 49-cu və 52-ci məhəllələrdə saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur. (Azərtac)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar