Elariz: “Bizim işimiz yemək bişirmək deyil, oxumaqdır”
09 noyabr 2009 12:15 (UTC +04:00)

Elariz: “Bizim işimiz yemək bişirmək deyil, oxumaqdır”

Müğənni efirdə qadağa ilə üzləşməsi barədə deyilənlərə aydınlıq gətirdi
Azərbaycanın bəzi televiziya kanallarında müğənni Elarizə qadağa qoyulması barədə xəbərlər yayılıb. Səbəb kimi isə onun bir neçə televiziya proqramında iştirak etməkdən imtina etməsi göstərilib. Müğənni xəbərlə bağlı Lent.az-a münasibət bildirib: “Məni gözü götürməyənlər hər an haqqımda yalan xəbərlər uydurub, karyerama əngəl törətməyə çalışırlar. Mənə heç bir telekanalda qadağa qoymayıblar. Ölkəmizdə fəaliyyət göstərilən hər bir telekanalın qapısı həmişə üzümə açıq olub və belə də davam edir. Mənim bütün telekanallarımıza və onların əməkdaşlarına hörmətim sonsuzdur. Çünki hər birində həmişə məni hörmətlə qarşılayıb, eyni tərzdə də uğurlayırlar”.
Müğənni özü xəbərin haradan qaynaqlanmasına aydınlıq gətirib: “Bir neçə telekanalımızda mətbəx, yemək bişirmək mövzusunda proqramlar var. Mən də o proqramlarda iştirak etmək üçün dəfələrlə dəvət almışam. Amma o səpkili verilişlərdə iştirak etmək mənə görə olmadığından həmişə imtina edirəm. Çünki mənim fikrimcə, müğənni efirdə mətbəx mövzusunda danışmamalı, yemək bişirməklə məşğul olmamalıdır. Bu iş kulinarlara, aşbazlara məxsusdur. Bizim işimiz oxumaq, sənətimiz haqda danışmaqdır. Üstəlik, mən yemək bişirə bilmədiyim halda, reklam olunmaq xatirinə o səpkili verilişlərdə görünmək istəmirəm. Axı aşbaz deyiləm. Məhz o cür verilişlərdə iştirak etməkdən imtina etdiyim üçün bəzi üzdəniraq həmkarlarım hər şeyi tərsinə yozaraq, mənim haqqımda telekanallarımızda qadağa söz-söhbətini yaradırlar. Axı məni hansısa kanalda görünməməyim onlar üçün əlverişlidir. Çünki həm özümü, həm də sənətimi gözləri götürmür. Halbuki, mənim haqqımda böyük sənətkarlar daim yüksək fikirlər söyləyirlər”.
Elariz atmacasız da ötüşməyib: “O cür verilişlərdə iştirak edən bir neçə sənət nümayəndələrimiz var ki, özlərini çox yaxşı, səviyyəli apara bilirlər. Bəziləri isə necə səviyyəsiz olduqlarını bir daha orada sübut edirlər. Onlara yazığım gəlir. Hətta çoxu o verilişlərdən sonra gözdən düşüb. Məsləhət görürəm ki, heç olmasa efir xatirinə davranışlarına diqqət yetirib sevgi, hörmət qazansınlar, ya da özlərini gözdən salıb, qazandıqları hörməti də itirməsinlər. Pula, hər hansı hədiyyəyə görə adam özünü efirdə bu qədər rəzil etməz”.
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

27 iyul 2024 , 16:18
Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

27 iyul 2024 , 14:30
Ehtiram Hüseynov buzlu su  ilə sağalır

Ehtiram Hüseynov buzlu su ilə sağalır

27 iyul 2024 , 10:38
61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55