“Eurovision” təmsilçiliyinə namizədlər “Yol” romanının vokallarını oxuyublar
Xəbər verdiyimiz kimi, yaxın zamanlarda müasir Azərbaycan ədəbiyyatında ilk dəfə bədii əsərlə birgə onun audio versiyası da təqdim olunacaq.
DJ Elxan Xanəlizadənin müəllifi olduğu “Yol” romanının audio versiyası sonuncu hazırlıq mərhələsindədir. Bu barədə Lent.az-a məlumatı müəllifin özü verib. Onun sözlərinə görə, artıq bir neçə gündür, romanın audio versiyasının vokalları hazırlanır.
Bəstəkar Ülviyyə Vəliyevanın xüsusi olaraq, “Yol” romanı üçün yazdığı musiqilərin vokal ifalarını 2010-cu ildə Osloda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil etməyə namizəd müğənnilər oxuyub. Elxan Xanəlizadə həmin müğənnilərin adlarını əvvəlcədən açıqlamağın tərəfdarı olmadığını bildirib: “Həmin müğənnilərin adlarını məhz ona görə çəkmək istəmirəm ki, “Eurovision” seçimlərində onlar üçün hər hansı bir problem yaranmasın. “Yol” tezliklə təqdim ediləndə əsər üçün hazırlanan vokalların ifaçılarını özünüz də eşidəcəksiniz”.
Xatırladaq ki, Elxan Xanəlizadə yaxın gələcəkdə təqdim edəcəyi böyük ədəbi layihənin tərkib hissəsi kimi, ilk növbədə “Yol” romanını onun audio versiyası ilə birgə oxucuların və dinləyicilərin ixtiyarına verəcək.

Oxşar yazılar
"Kutu ma kutu" nə deməkdir? - Mahnının orijinal halı -VİDEO
2 may 2025 , 17:15
Ben Affleck və Cennifer Lopez: İndiki sevgililəri kimdir?
2 may 2025 , 11:04
Filipp Kirkorovun "İnstagram" hesabı bloklandı
1 may 2025 , 22:41
Məşhur aktyorun oğlu cinsiyyətini dəyişdi
1 may 2025 , 15:22
Melisa Döngel bu fotoları ilə diqqət çəkdi
1 may 2025 , 11:10
Ferdi Tayfurun miras davası davam edir...
1 may 2025 , 10:42
Ben Afflek və Cennifer Lopez mülklərini bölüşdürə bilmirlər - QALMAQAL
30 aprel 2025 , 18:56