İradə İbrahimova: “Hamiləliyimi hay-küyə çevirmək fikrində deyiləm” - MÜSAHİBƏ
Müğənni İradə İbrahimovanın Lent.az-a müsahibəsi
- İradə, bilirəm, jurnalistlər sənin yolunu həsrətlə gözləyir, müsahibə almaq üçün növbə var. Heç olmasa, jurnalistlər üçün maraqlı xəbərlərin var?
- Türkiyədən Azərbaycana xəbər gətirməmişəm. Bu dəfə xəbərlərin sorağı Gürcüstandan gələcək. Yeni klip çəkdirmişəm. Mətbuat nümayəndələrini cəm edib, görüşəcəm. Məncə, bu böyük xəbərdir. Əvvəllər mənə rahat idi, burada idim, rahat-rahat işimi görürdüm. İndi tamam fərqlidir, ailə qurandan sonra çalışıram ki, ailəmdə problem olmasın, digər tərəfdən də işlərimdə əskiklik olmasın. Elə ən böyük xəbərim çəkdirdiyim klip olacaq (Gülür).
- Yeri gəlmişkən, çox fərqli görünürsən, saç kəsimin səni tamam dəyişib. Bizim müğənnilərdən çox fərqli görünürsən. Elə Türkiyə sənətçilərinə bənzəyirsən.
- Doğrudan? Axı mən saçımı burada kəsdirmişəm. Saçlarıma aid hər şeyi, rəng kəsimini, burada edirəm. Hələki ora uyğunlaşa bilməmişəm. Saçlarımı kəsdirməyimə klip səbəb oldu. Saçlarımın evini yıxdım!..(Gülür) İndi gözləyirəm saçlarım uzansın. Bəziləri deyir yaraşır, bəziləri deyir yaraşmır. Hərdən özüm-özümü bəyənirəm, hərdən özümdən xoşum gəlmir.
- Yeni ailə quran sənətçisən, yollarda məsafə qət etmək çətin deyil ki? Yadımdadı, əvvəllər müsahibələrində tez-tez şou-biznesdən şikayətlənirdin, deyirdin ailəmi sənətimə qurban edərəm.
- Demişidim, doğrudur. Lakin bu gün ailə qurduğum şəxs sənətimə qarşı deyilsə, münasibəti yaxşıdırsa, niyə sənəti tərk edim? Mən ailə sevən adamam, bu tərbiyəni gördüyümə görə, eyni vəziyyəti gələcək ailəmdə də görmək istəyirəm. Şükürlər olsun ki, səhnə ilə bağlı problemim yoxdur. Biz görüşən vaxtlarda səhnəyə çıxmaq və çıxmamaq kimi qərarları mənə həvalə etmişdi - “İstəyirsən oxu, istəyirsən oxuma...”
- Mənə elə gəlirdi ki, sən ərə gedəndən sonra ən azı bir il görünməyəcəksən. Səhnədən bezmiş görünürdün.
- İnsan eynilikdən yorulur. Ola bilər, həyatımın hansısa məqamında jurnalistlərlə görüşümdə belə fikir demişəm Lakin bu o demək deyil ki, həmişə belə əhval-ruhiyyədə olmuşam. Dəli deyiləm ki? Mənim əlimdən tutub bağlayan var? (Gülür). Yenə deyirəm, bu mənada azadam.
Ailə qurandan sonra iki ay İstanbulda oldum. Mənə elə gəlirdi ki, sıxılıram, artıq işləmək istəmirəm. Sonradan özüm-özümə dedim ki, sən bura aid deyilsən. Baxdım ki, həyat yoldaşım səhər işə çıxıb gedir, mən isə axşama kimi evdə otururam. Butun günü gərgin templə işləyən adam birdən-birə heç bir işlə məşğul olmur...
İki ay mənim üçün çox böyük müddət oldu. Düzdü, işlərimlə də məşğul idim, internetdən musiqilər axtarırdım, bütün günü arxivləri dinləyirdim. Sənətimi çox sevirəm. Bu sevgimi də həyat yoldaşımın ailəsi görürdü, hiss edirdilər. Onlar da mənə dəstək olurlar.
- Həyat yoldaşın da mane olmasa, maneə tapılacaq. İnşallah, ana olanda...
- Yəqin ki, ana olanda vaxtımı övladıma həsr edəcəm. Çox istəyirəm ki, övladım olsun, özüm tərbiyə edim. Amma yenə də mənə qarşı istək olsa, səhnədən ayrılmayacam. Allahın mənə verdiyi ruziyə niyə üz çevirməliyəm ki! Bunlar hamısı bir-birinə bağlıdır. Çalışacam, daha çox ailəmlə birlikdə olum. Vaxtaşırı gəlib işlərimi yoluna qoymağa çalışıram.
- Yeri gəlmişkən, artıq çoxları belə düşünür ki...
- ...hamiləyəm? (Gülür) Yox, hamilə deyiləm. Bu, olduqca gözəl bir xəbərdir. Düzdü, bu baş verəndə də elan etməyəcəm. Onsuz da bu özü hiss olunan vəziyyətdir. Böyük bir hay-küyə çevirmək fikrində deyiləm. Məncə, məni sevənlər bu fikrə hörmətlə yanaşacaqlar.
- Bu yaxınlarda “Çal-çağır” verilişində gənc qızlara təsəlli ismarıcın oldu: “Ay qızlar, ərə gedənə qədər hər şey gözəl olur. Ərə gedəndə hər şey dəyişir”.
- Elədir də. Bəziləri deyir nə var ərə getməkdə? Bu yaxşı söz deyil. Ailə qurmaq çox gözəldir. O fərqli bir şeydir. Mən indi burada vətənimdəyəm. Öz ata-anamın evindəyəm. Amma qonağam. Çemodanımı da açıb-tökmürəm. Lakin bir şey də var ki, ərə getməmişdən əvvəl hər şey rəngarəng olur, restoranlar, diskotekalar, alış-veriş mərkəzləri... Nə deyirsən, iki dəqiqəyə hazırdır. Bütün planların, arzuların hamısı o vaxt bir-bir reallaşır. Ailə qurandan sonra, demirəm diqqət azalır, lakin artıq özün də ailə qurduğun adamın cibinə, vəziyyətinə, şəraitinə baxırsan. Bu gün harasa getmək imkanı varmı? Ailə qurmaqdan əvvəl bunları fikirləşmirsən. İndi mənim arzularım həyat yoldaşmın iş qrafikindən asılıdır. Artıq gözəl bir problemin içinə girmiş olursan. İndi mən aldğım hər şeyin qiymətinə baxıram. Boş yerə pul xərcləmək istəmirəm. Bəzi şeylər var ki, onlar həyatımda olmalıdır. Məsələn, Bakıya gləndə hər dəfə alış-veriş edirəm. Amma evimin içində adi qadınam. Ev işləri görürəm, təmizləyirəm.
- Türk ailəsinin gəlini olmaq azərbaycanlı ailənin gəlini olmaqdan fərqlidir?
- Adət-ənənə bir az fərqlənir. Amma onların ailəsi mənim böyüdüyüm ailəmə bənzəyir. Bəlkə də azərbaycanlı ailənin gəlini olsaydım, sənətimə maneələr olardı, bilmirəm... Burada da sənətdə fəaliyyətdə olan evli həmkarlarım var. Nə deyim, o qədər də böyük fərq görmürəm.
- Gələcəyə aid planlarınız nədir – qız, yoxsa oğlan övladın olsun istəyirsən?
- Mən oğlum olmasını istəyirəm... Belə də ki, nə olur-olsun, təki sağlam olsun.
- Bayaq da dedim, ana olandan sonra Azərbaycan-Türkiyə arasında indiki kimi yəqin rahat gedib-gəlmək çətin olacaq. Amma bir tərəfdən sənət aləmində “baby-bum” bu cür kompleksləri demək olar ki, zərərsizləşdirib. Bunun sənə də aidiyyəti var?
- Uşağa baxmaq çətin deyil ki... Bizi böyütməkdən çox, necə tərbiyə edəcəyimiz düşündürür. Bəzən Ceyhunla oturub düşünürük ki, onu necə tərbiyə edəcəyik.
- Sənətçinin ana olması, uşağın da sənətçi ailəsində dünyaya gəlməsi çətin məsələdir.
- Bir söz deyim. Mənim elə sənətdən də, adi həyatda da o qədər tanıdığım insanlar var ki, hətta övladının 9 ayına qədər dünyaya gəlməsini gözləmirlər. Əməliyyatla uşaq dünyaya gətirirlər ki, bədən quruluşları korlanmasın. Bunun sənətlə bağlılığı yoxdur. Mən inanmıram ki, uşağımdan çox başqa bir işə vaxtımı sərf edəcəm. Ceyhunla indidən danışırıq, mən ona deyirəm ki, uşaq olandan sonra bir saat sən, bir saat mən oyaq qalacam. Deyir, mən oyanmayacam. Üstəlik soruşur ki, sən onu dayəyə verəndə rahat olacaqsan?
Uşaq ayrı duyğudur. Baldızımın ailəsinə uşaq gözlənilir, indidən təlaş içindədirlər. Otaq ayırırlar. Əşyalar seçirlər. Bütün saatlarını bu mövzu ilə bağlı hesablayırlır.
- Sən özün necə, ana olmaq üçün vaxt gözləyirsən, yoxsa qismət nə vaxt uyğun bilsə, o vaxt ana olacaqsan?
- Hələ özümüzü hazır hesab etmirik. Zaman nə göstərəcək, onu deyə bilmərəm.
Lalə Yusifqızı

1258