Rəqsanənin növbəti qalmaqalı!
“Nadir məni iti Mişa ilə müqayisə etməklə səhvə yol verib”
Həftə içi 5 gün yayımlanan “El bilir ki” verilişində müğənni Elnarənin bugünkü qonaqları müğənnilər Nadir Qafarzadə, Rəqsanə və bəstəkar İsa Məlikov olub.
Bugünkü verilişdə şou-biznesdə baş verən qalmaqallar mövzusu müzakirə edilib.
İlk olaraq studiyaya Nadir Qafarzadə dəvət olunub. Bir müddət əvvəl qalmaqalların mərkəzində olan Nadir Qafarzadə əslində bu hadisələrin heç birinin planlaşdırılmış şəkildə edilmədiyini iddia edib.
İkinci qonaq qismində dəvət olunan bəstəkar İsa Məlikov isə sözün əsl mənasında günün qalmaqalına imza atıb. Belə ki, verilişin digər qonağı Rəqsanənin iştirakından bixəbər olan bəstəkar onu görən kimi studiyanı tərk edib. Hətta dostu Elnarənin cəhdlərini də boşa çıxaran İsa verilişdən getməklə Rəqsanə ilə yeni qalmaqalın əsasını qoyub.
Nadir Qafarzadə isə Rəqsanə ilə münasibətlərinin pozulmasının tam təsadüfən baş verdiyini bildirib. Elnarə Rəqsanənin uşağı ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirməyə çalışıb. Ancaq bu zaman başqa hadisələrin də baş verdiyi aşkarlanıb. Rəqsanənin sözlərinə görə, Nadir öz iti Mişa ilə onu müqayisə etməklə böyük səhvə yol verib.
Müxtəlif gizli və qalmaqallı məqamların aşkara çıxdığı “El bilir ki...” nin budəfəki buraxılışını izləmək istəyənlər bu gün saat 16:00 da ANS telekanalına baxa bilərlər.
Xatırladaq ki, “El bilir ki” verilişinin informasiya dəstəyi Lent.az xəbər portalıdır.
Lalə Yusifqızı

1001