Sevgililərin savaşı: “Elif” “Çakır”ı üstələdi
Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Xanımın çiftliyi” serialı izlənmə rekordu qırır.
Lent.az-ın məlumatına görə, yeni mövsümdə yayımlanmağa başlayan və “atv” kanalındakı “Adanalı” serialı ilə eyni saatda nümayiş etdirilən “Xanımın çiftliyi” bütün rəqiblərini geridə qoyub.
İki mövsümdür, ekrana çıxan “Adanalı” “Xanımın çiftliyi” qarşısında aciz qalıb. Ötən il cümə günlərinin qalibi olan “Adanalı” bu il cümə günlərinin 2-cisi olmaqla kifayətlənir.
Qeyd edək ki, “Adanalı” serialının baş rol oyunçusu Oqtay Qaynarcadır. “Kurtlar vadisi”ndə “Çakır” kimi məşhurlaşan Qaynarca “Adanalı”da “Komissar Yavuz” obrazını canlandırır. “Xanımın çiftliyi”ndə isə əsas qəhrəmanlardan olan “Güllü” rolunu Özgü Namal (“Kurtlar vadisi”ndə “Elif”) ifa edir. Namalla Qaynarca uzun müddət sevgili olublar. Cütlük əlaqələrinə bu ilin fevralında son qoyub. Ayrılığa səbəb kimi 44 yaşlı Oqtayın 31 yaşlı sevgilisini aldatması göstərilir.

609