Nura Suri: “Azərbaycanda xanım sənətçilərə aqressiv münasibət var”
Bundan başqa Nura Suri adı ilə “Facebook”da 5 fərqli səhifə açılıb. Müğənnini son günlər daha çox narahat edən məqamlardan biri də saytların birində onun adından istifadə edərək şərhlər verilməsidir. Bu barədə müğənni Lent.az-a açıqlama verib: “Son günlər sosial şəbəkələrə, saytlara daxil olaraq adımdan müxtəlif aqressiv şərhlər verməyə başlayıblar. Şəkillərimi fotomontaj edərək mentalitetimizə zidd sosial fotoları şəbəkələrə, saytlara yerləşdirirlər. Bu da imicimə xələl gətirir”.
Nura Suri bu problemin həlli olunması üçün hakerlərdən yardım istəyib: “Bu gün dünyanın istənilən yerində insanlar sosial şəbəkədən istifadə edirlər, internetə daxil olurlar. Rusiyanın bütün ulduzları “facebook”dan istifadə edirlər. Ancaq heç bir müğənninin adından başqası istifadə edərək sosial şəbəkəyə daxil olmur. Azərbaycanda isə nədənsə sənət insanlarına, xüsusilə xanım sənətçilərə aqressiv münasibət var. Sosial şəbəkədən istifadə edən bir çoxları nədənsə sənətçilərin imicinə xələl gətirməyə, onları gözdən salmağa çalışırlar. Bu Azərbaycan mentalitetinə, milli dəyərlərimizə, qadınlarımıza olan münasibətə ziddir. Mən üzümü mətbuat vasitəsilə sosial şəbəkə istifadəçilərinə tutaraq bildirirəm ki, adımdan istifadə edərək şərh verənlərlə ünsiyyət yaratmasınlar. Düzdür, hər bir müasir sənətçi kimi mən də internetdən istifadə edirəm, sosial şəbəkəyə lazım olanda daxil oluram. Ancaq bu istifadə yalnız yaradıcılıq işlərimlə əlaqədardır. Mən sənətçiyəm, mahnılarımın internetə yüklənilməsi, yaradıcılıq yeniliklərim barədə məlumat verməyə çalışıram. Ancaq heç kim haqqında şərh vermirəm, şəkillərimin çirkin şəkildə yerləşdirilməsi məni bir qadın, ana olaraq narahat edir. Odur ki, özünə güvənən hakerlərə üzümü tutub xahiş edirəm ki, bu məsələdə mənə kömək etsinlər”.
Leyla

1254