“Röya məndən xahiş etmişdi...” - MÜSAHİBƏ
- “Röya” jurnalı ətrafında yaranan arasında yaranan qalmaqalların cavabı səndədir. Hər halda, işlədiyin komandanın qalan üzvləri belə iddia edirlər. Sən isə susursan.
- Mən başqa cür bacarmıram. Məni nədəsə günahlandırmaq olar, amma satqınlıqda heç vaxt günahlandıra bilməzlər. Eybi yoxdur. Qoy belə olsun. Bircə onu bilirəm ki, zaman hər şeyi göstərəcək.
- Yeri gəlmişkən, rəqqasə Məryəm müsahibəsində deyib ki, sən Məryəmin tanışlarına onun barəsində həmin qalmaqallı materialı yazmaq üçün Röyadan tapşırıq aldığınızı demisən.
- Mən orda elə söz deməmişəm. Sözlərin kimdən gəldiyini də əla bilirəm. Çünki Məryəmin sevgilisi İlkin Zamanov mənim köhnə tanışımdır. Mən onların görüşdüyü haqda xəbəri oxuyanda, bunun doğru olub-olmadığını dəqiqləşdirmək üçün İlkindən soruşdum. O dedi ki, bəli, mən onu həqiqətən də sevirəm. Soruşdum, onunla ailə qurmaq fikrin var? Dedi, niyə də yox?..
Mən oğlandan xəbərin təsdiqini almışamsa, niyə də bunu qeyd etməkdə çəkinməli idim axı? Bəlkə doğrudan da oğlan sevir, qız naz edir, göstərmək istəmir və deyir ki, biz dostuq. Bilmirəm... Özləri bilərlər. Allah xoşbəxt etsin, istənilən halda. Amma oğlan özü etiraf edirsə və mən o oğlanı neçə illərdir tanıyıramsa, bu mənə kifayət edir ki, xəbəri yazım. Üstəlik, orada qızın hələ evlənməyə tələsmədiyi qeyd olunub. O yazını da bizim müxbirimiz sizin saytdan götürmüşdü.
Qaldı qızı olması ilə bağlı məlumata, Məryəmin özünə də sual verilib ki, neçə illərdir ki, sizin bir qız övladınız olduğu haqda şayiələr gəzir. O da həqiqətən də belə bir şayiənin olmasını təsdiqləyib. Xatırlatmaq istəyirəm ki, bizim jurnalda o məlumatın getdiyi səhifədə rubrikanın adı “Sarı press”dir. Biz orada sarı mətbuatda gedən şayiərdən, dedi-qodulardan yazırıq. O səhifələrdə şayiələr üzərində qurulmuş məlumatlar verilir. Qalan heç bir səhifədə heç bir müğənninin adına yalan məlumat getməyib, gedə də bilməz. Mən jurnalist etikası, qayda-qanunlarını, çərçivəni bilən jurnal redaktoruyam.
- Lent.az Məryəm Süleymanova haqqında belə bir xəbər yazmayıb.
- Bu sizin saytın xəbəri olmasa da istinadla yaydığınız xəbər idi. Hətta orada həmin oğlanın memar olması qeyd olunmuşdu.
- Xatirə də müsahibəsində xoşagəlməz sürprizlə rastlaşdığını açıqlamışdı.
- Xatirə press-reliz yaya, inkar edə bilər. Lakin şəxsən Xatirənin cavablarında bir kəlmə nədir, yarım kəlmə belə səhv getməyib. Sadəcə, müsahibə zamanı biz oğlanın adını bilmirdik. Bilirdik ki, o, həbsxanaya hansısa bir oğlanın yanına gedib-gəlir. Onu bizə məlumat olaraq çatdırmışdılar. Müsahibədən sonra oğlanın adını dəqiqləşdirib, yazdıq. Müxbirə deyib ki, həbsxanaya gedib-gəlirəm, həbsxanada olanlar hamısı bizim qardaşlarımızdır, biz onların yanına gedib-gəlməliyik. O necə cavablandırıbsa, elə də yazmışıq. İstəyir bir yox, min dəfə məhkəməyə də müraciət etsin, biz orada səhv bir iş görməmişik.
- Xatirə son üç sualın ona ünvanlanmadığını iddia edir...
- Oğlanın adı çəkilməyib. Bircə onu deyə bilərəm ki, bütün suallar ünvanlanıb.
- Adı “Röya” jurnalı ilə qarşıdurmada hallanan 3 şəxsin arasında məhkəməyə müraciət edən var?
- Rəqsanənin tələbi təmin olunub. O anda da təkzib verilib. Müxbirin səhvi bu idi ki, bu söhbətləri diktofonda qeydə almamışdı. O söhbətin hamısını Rəqsanənin şəxsən öz yaxını bildirmişdi. Çox təəssüflənirəm ki, müxbir o materialı diktofona yazmadığından biz nəticədə günahkar tərəf kimi göstərildik. Əgər həqiqətən o yazını diktofonda saxlamış olsaydı, indi bizim sübut ediləsi materialımız olardı. Show.az saytında materialla bağlı təkzib verilmişdi.
Həqiqəti araşdırmalı olsaydılar, kimin doğru dediyi bilinərdi. Mənasız qalmaqala getməmək üçün biz təkziblə kifayətlənməli olduq. Rəqsanə ilə razılaşdıq və ona dedim ki, jurnalın növbəti sayında təkzib verəcəyik. Jurnal aylıq jurnal olduğu üçün qərara aldıq ki, saytda təkzib verək.
- Təkzib bir tərəfdə qaldı, qarşıdurma bir-birindən üzr istəmək iddiaları ilə davam etdi. Rəqsanə sənin və Röyanın ondan üzr istədiyini açıqladı, siz isə ondan heç bir şəkildə üzr istmədiyinizi, təkcə təkzib verdiyinizi dediniz.
- Mən nə deyim? O mənimlə də, Röya ilə də ayrı-ayrı vaxtlarda söhbət edib. Rəqsanə demişdi ki , Ülviyyə mənə görə işdən çxarılıb, Röya isə bunun doğru olmadığını açıqlamışdı. Kimisə qane etməyən xəbər çıxıbsa, təkzib vermişik. Üzr istəməli artıq nə ola bilər ki? Biz ayrı jurnalistlər kimi özümüzə qara piar edib, məhkəmə salonlarına daşınmamışıq. Sizi inandırım ki, məhkəmə düzgün şəkildə getsə, istənilən mətbu orqan məhkəməni qazana bilər. Söz azadlığı, filan-filan şərtlər var. Onlarla əgər mübahisə etsək, uduzardılar.
Artıq jurnalın 9-cu sayı işıq üzü görmühdü. Əgər bura qədər qalmaqalsız davam edirdiksə, demək, bu cür davam etməklə kifayət edirdik. Mən qalmaqalsız işləməyi üstün tutan adamam. Röyanın mətbuat katibi olduğum müddətdə də qalmaqalları cavablandırmamağa çalışmışam. Rəqsanəyə qadın olaraq hörmət etdiyim üçün onun şəxsi həyatına ziyan vurmağı özümə heç cür bağışlamazdım.
- Bəs Röya ilə yollarınızı ayırmağınıza səbəb nə idi? Röyaya bu açıqlamaları deyə və iddialara dair əlində fakt olduğunu bildirə bilərdin.
- Yox, biz Röya ilə hələ avqust ayında hələ işbirliyinə son verəcəyimizi demişdik. Ad günümdən 2 gün sonra qərara gəldik ki, yollarımızı ayıraq. Hələ onda da qəti qərara gəlməmişdik. Röya məndən xahiş etmişdi ki, jurnal çapa gedənə qədər işbirliyimiz davam etsin.
- Mən sənin saytlardan birindəki açıqlamanı xatırlatmaq istəyirəm. Sən orada demişdin ki, əgər Röya məni jurnaldan uzaqlaşqdırsa, mən mətbuaт katibliyindən də imtina edəcəm. Röya da cavabında “gedirsə, getsin, hər halda mən yox, o mənim işçimidir”, demişdi. Bu, bir qədər hesablanmış qərardan sonrakı açıqlamaya bənzəmir, doğrusu...
- Düzü, biz ayrılmaq istəsək də, ünsiyyətimiz qalırdı. Mən jurnaldan və mətbuat katibliyindən uzaqlaşsam da Röya ilə münasibətimiz kəsilməyəcək. Çünki Röya ilə 3 illik ünsiyyətimiz olub. Münasibətimiz təkcə jurnal və mətbuat katibliyi ilə əlaqəli deyildi axı! Röya ilə işbirliyinə son qoysam da, münasibətimizə son qoymayacam. Necə varsa, elə də olacaq hər şey.
- Röya yenidən əməkdaşlığa çağırsa, qayıdarsan?
- Biz onsuz da işbirliyinə son verməmişik. Necə deyərlər, işbirliyi hələ havada qalıb. Mətbuat katibi kimi əməkdaşliğimiz pozulmayıb.
- Amma srağagün mətbuat konfransında Röya jurnalının yeni komandası da iştirak edirdi.
- Kim idi, o yeni baş redaktor?
- Aynurə Tahirqızı.
- Yenə deyirəm, jurnaldan onsuz da getmişdim. Bircə söz deyəcəm: jurnal televiziya deyil. Televiziya başqadır, jurnal başqa. Onun üçün ən azı mənim kimi, təcrübəli adamların əlinin altında işləmək, jurnal buraxmaq lazımdır.
- Bir sual da verim. Xatirə açıqlamasında əlində bəzi faktlar olduğunu...
- ...nə faktı var e, ayıb işlər görmüşük? Başa düşdüm, o oğlanın adını sonradan müsahiəbəyə daxil etmişik. O pis işdirsə, vay-vay-vay...
- Son sualımı verim. Narazı qalan hər 3 tərəf məhkəməyə müraciət etsə, hamısı ilə məhkəmədən üzüağ çıxmağa hazırsan?
- Məryəmin dostu dedi ki, Məryəm inciyib, məhkəməyə vermək istəyir. Bu, istənilən halda jurnal üçün reklamdır. Əgər mən bu reklama meyilli olsa idim, onu başa salmazdım ki, bu artıq işdir. Bu, qaçaqaçdan başqa onlara heç nə verməyəcəkdi. Məhkəmə bizə hansı qərarı verəcəkdi ki?
Lalə Yusifqızı

1777